Bakıda ictimai iaşə dövriyyəsi 53% azalıb

2020-ci ilin yanvar-noyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə real ifadədə 53,1 % azalaraq 457,9 milyon manat olub.
 
Bu barədə Musavat.com-a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika Komitəsindən məlumat verilib.
 
Məlumata görə, o cümlədən hüquqi şəxslər üzrə dövriyyənin dəyəri illik müqayisədə 34,2 % azalaraq 293,3 milyon manat olub.