Azərbaycan bankları I yarımildə depozit hesabına nağd şəkildə 374 mln 324 min manat (1,97 dəfə az, ötən ilin 1 iyulu üçün 738 mln 299 min) qəbul edib. Amma Mərkəzi Bankın hesabatına görə, depozitlər üzrə ödənişlər 1,89 dəfə artıb - 918 mln 560 min (ötən il 487,01 mln manat). Yəni fevral devalvasiyası nəticəsində banklar əmanətçilərin etimadsızlığı üzündən 795,53 mln manat itirib. (contact.az)