17 noyabrda AXCP sədri Əli Kərimli və bir qrup partiya üzvünün həbs edilməsini müxalifət düşərgəsi bütün müxalifətə qarşı yeni təzyiq kampaniyasının başlanması kimi qiymətləndirdi. Hətta uzun müddətdən bəri bir araya gələ bilməyən partiya rəhbərləri, müxalifətçilər Müsavat qərargahında toplandılar.
Bəs son baş verənlər müxalifət düşərgəsini birləşdirə bilərmi? Yoxsa bu düşərgənin birliyi mümkün deyil?
AMİP Siyasi Şura üzvü Əli Orucov isə bildirdi ki, müxalifətin təqib edilməsi yeni deyil və bundan sonra da daha intensiv, sərt xarakter alacağı gözləniləndir. Təəssüflər olsun ki, bütün bu baş verənlərdən iqtidarın davamlı basqılarından, təqiblərindən müxalifət nəticə çıxarıb birlik nümayiş etdirə bilmir: "Ona görə ki, qarşılıqlı inamsızlıq və daxili sədd, eyni zamanda qeyri-müstəqil olmaları buna imkan vermir. Hələ də müxalifətdə bəziləri iqtidarla münasibətləri korlamağa, konfrantasiyaya getməyə həvəs göstərmir, düşünürlər ki, dil tapmaqla nəyəsə nail olmaq olar. Lakin uzun illərin təcrübəsi onu göstərir ki, iqtidar nəinki onu sərt tənqid edən, ona alternativ olan müxalifəti, hətta öz daxilində bir qədər müstəqillik və təşəbbüskarlıq göstərənləri belə, qəbul etmir. Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və onlarla birlikdə digər şəxslərin saxlanılmasına müxalifət düşərgəsindən gələn sərt təpkilərə gəlincə isə bu normaldır. Birdəfəlik anlamaq lazımdır ki, bundan da betərindən müxalifətdə duranlardan heç kim sığortalanmayıb. Məncə, bu təsadüf deyil, görünür, hakimiyyətin başqa sərt planları var. Məncə, Müsavat Partiyasının qərargahında mətbuat konfransının keçirilməsinə imkan yaradılması müxalifətin birləşməsinin mümkünlüyünə işarə deyil. Azərbaycan müxalifətinin birləşməsi üçün ilk növbədə xalq qətiyyəti olmalıdır, ikincisi isə müxalifətdə müstəqil siyasət olmalıdır. Hələ ki, bunların heç biri ortada yoxdur”.