Fevralın 3-4-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə İstanbulda "Şərq tərəfdaşlığında gələcək islahatlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
APA-nın məlumatına görə, tədbirdə AMİP rəhbərliyi ilə yanaşı, Gürcüstanın Vahid Millik Birlik Hərəkatı, İsveçin Moderat Partiyası, Moderat Partiyasının Jarl Jarlmarson fondu, Avropa Sabitlik Təşəbbüsü təşkilatının təmsilçiləri, eyni zamanda bir sıra avropalı siyasətçilər, Avropa Parlamentinin üzvləri, Beynəlxalq böhran qrupunun nümayəndələri, ekspertlər, beynəlxalq media qruplarının nümayəndələri iştirak edəcəklər.
Dəyirmi masada "Avropa İttifaqının Cənubi Qafqazda önəmi”, "Qaçqın böhranı, miqrasiya və sərhəd nəzarəti problemləri”, "Viza liberallaşdırılması və islahatlar”, "Türkiyənin region üçün önəmi” mövzularında panellər keçiriləcək.
Beynəlxalq konfransda AMİP-i baş katib, sədr əvəzi Arzuxan Əlizadə, AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayev, AMİP Siyasi Şurasının üzvü Zəfər Vəliyev, AMİP Gənclər təşkilatının sədr müavini Asya Cəlilova və AMİP Abşeron Rayon Təşkilatının sədri Təbriz Musayev təmsil edəcəklər.