Qiymət artımından sonra
müəyyən etirazlar oldu. Bu etirazları necə qiymətləndirilməsi və çıxış yolları ilə bağlı "Reytinq"in suallarını cavablandıran AMİP Siyasi Şurasının üzvü Əli Orucov bilirib:
Regoinlardakı etiraz dalğası iqtidarın illər uzunu apardığı siyasətin, göstərdiyin fəaliyyətin məntiqi nəticəsidir.Hələ bu başlanğıcdır
Əlbəttə, insanların küçələrə çıxması, problemlərinin həllini emosiyalarla, sərt şəkildə tələb etmələri xoşgörü deyil. Lakin onları bu həddə çatdıran, qəzəbləndirən iqtidar nəhayətdə anlamalıdır ki, bu cür yanaşma, bu cür idarəçiliklə çox getməzlər. Onlar qaldıqca insanlların əsəbləri ilə, hissləri ilə oynayırlar. Qorxulusu odur ki, günü-gündən artan narazılıqlar lokal xarakterdən çıxararaq ümumxalq qəzəbinə çevrilsin və qarşısı alınmaz və idarəolunmaz, xaotik prosesə çevrilsin. Təbii ki, bundan da yararlanmaq istəyən qüvvələr olacaq.
Kosmetik dəyişikliklərlə, hansısasa xırda-para tədbirlərlə, bir-iki sərəncamla kütləvi narazılıqların qarşısını almaq mümkün deyil. Nə də zorakılıqla, inzibatı və güc aparatı ilə bunu susudurmaq da ağlabatan deyil. İqtidar bu vasitələrin hər ikisini eyni anda işlətməklə narazılıqları yatırmaq istəyir. Lakin bunların uğurlu alınacağına şübhələr var. Daha pis nəticələrin, daha pis olayların baş verməməsi üçün xalqa istədiyini vermək lazımdır ki, bu istəkləri də indiki rejim vermək iqtidarında deyil. Çıxış yolu təcili surətdə hökümətin istefaya getməsi, siyasi sistemın kökündən dəyişməsidir. Çünki böhran siyasidir. Hakimiyyətlə xalqın arasında olan böhrandır. Xalqla problemi olan iqtidarların da sonu çox açınacaqlı olur.
Bu parlamentlə, bu hökümətlə, bu prezidentlə Azərbaycanın xilası yoxdur. Əksinə ucuruma hər gün biz az da daha yaxınlaşırıq