Seçki prosesi ölkədə siyasi ehtirasları da, siyasi qüvvələr arasında münasibətləri də getdikcə qızşdırmaqadadır. Baxmayaraq ki, müxalifətin əsas kəsimi seçkilərdən özünü kənarda saxladı.
Seçkilərdə öz namizədi ilə iştirakı gözlənilən Azərbaycan Milli İstiqlal Partiyası da bu marafona qatılmadı. Həm ölkədəki seçkiərəfəsi mühitlə, həm də didər gündəm mövzuları ilə bağlı partiyanın Siyasi Şurasının üzvü Əli Orucovla fikir mübadiləsi aparmaq maraqlı oldu
(əvvəli baxın: moderator.az/news/214459.html)
- Prezidentliyə YAP-ın namizədi İ.Əliyevin dəstəklənməsi ilə bağlı çağırış təkcə Anardan gəlmədi. Həm də bu onu mövqeyinin ifadəsi idi. Cəmiyyətin digər təbəqələrindən, ictimaiyyətin nümayəndələrindən də, hətta QMİ sədri A.Paşazadə də belə çağırış edilməsinə baxmayaraq, nədənsə bu cür sərt təpkilərlə üzləşmədi. Sizcə bu, fəqrliliyin səbəbi nədir?
- Mən məsələni fərdləşdirmək istəməzdim. Lakin "uman yerdən küsərlər”. Anar bəy xalq hərəkatı başlananda bu prosesdə fəal iştirak edən, xalqla bir yerdə olan, imperiyaya qarşı mübarizə aparanların sırasında olub. Onun xidmətləri danılmazdı. Eyni zamanda onun rəhbərlik etdiyi Yazıçılar Birliyinə həmişə xalqı duyan, anlayan "qaymaq hesab elədiyimiz” simalar toplaşıb. Millətin sözünü deyə biləcəyi, üz tuta biləcəyi, ruhunu, kimliyini yaşada biləcəyi ünvan kimi baxılıb. Ziyalı deyildikdə ilk ağıla gələn yerlərdən biri də Yazıçılar Birliyi olub. Belə olan halda həmin quruma rəhbərlik edən şəxsin real mənzərəyə doğru-düzgün qiymət verməməsi bir kənara, hansısa çağırışlar etməsi qıcıq yaradıb. A.Paşazadənin ruhaniləri İ.Əliyevə səs verməyə çağırması isə Azərbaycanın Ana Yasasına və Seçki Məcəlləsinə tamamilə ziddir. Konsititusiyamıza görə Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Seçki Məcəlləsində isə birbaşa göstərilir ki, din xadimlərinin namizədlərin xeyrinə təbliğat-təşviqat aparması, onların seçki fondlarına pul verməsi qadağandır. Amma bütün bunlara baxmayaraq hörmətli Şeyximiz fəal surətdə açıq siyasətlə məşğul olmaqda və dövlət idarəçiliyinə müdaxilə etməkdədir. O, özünü ruhani idarəsinin rəhbəri kimi deyil, yüksək rütbəli dövlət məmuru və siyasətçi kimi aparır. Ümumiyyətlə,beynəlxalq terrorizmin, islam radikalizminin qlobal sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığı, sərhədlərimzin bir addımlığında radikal dini ünsürlərin fəallaşdiği və geniş yayıldığı indiki vaxtda təkcə A.Paşazadə deyil, din xadimlərimizin üzərinə böyük məsuliyyət düşür. Onların fikirlərini, diqqətlərini başqa istiqamətə ayırmalarını düzgün saymıram. İkincisi də, bu tip dəstək çağırışların edilməsi hələ çox tezdir, seçkilərin təbliğat-təşviqat mərhələsində edilməlidir. Üçüncüsü isə kimin nə çağırış etməsinə və bu çağırış edənlərin nə məqsəd güdmələrinə baxmayaraq, xalq, seçici o qədər ayıqdır ki, onları aldatmaq, boş-boş vədlərə, populist çıxışlara inandırmaq mümkün deyil. Hər kəs seçimini öz həyat səviyyəsinə və yaşadıqları, üzləşdikləri problemlərinə görə edir. Bu tipli çağırışlara, yarınmaq cəhdlərinə nə İ.Əliyevin ehtiyacı var, nə də seçki prosesinə və səsvermənin nəticələrinə hansısa təsir göstərmir. Əksinə belə hallar Konstitusiyamızın və seçki qanunvericiliyinin hörmətsiz hala salınmasının daha bir bariz nümunəsi olur.
- AMİP prezident seçkilərində hər hansı bir namizədi dəstəkləyə bilərmi?
- Bu tip məsələlərlə qərarlar partiyanın kollegial qrumları tərəfindən verilir. Əgər bununla bağlı rəsmi müraciət olunarsa həmin müraciətə baxıla bilər.
- Hacı Əbdülün sədri olduğu Vətən Naminə Xalq Birliyi hərəkatının yığıncaqlarında prezidentliyə namizədlər sırasında 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanı da görmək istədiklərini bəyan ediblər. Belə təşəbbüslərin gerçəkləşmə ehtimalı varmı?
- Hər kəs müxtəlif istək və arzularda, eləcə də təşəbbüslərdə buluna bilər. Ölkə vətəndaşlarının da Konstitusiyamıza uyğun olaraq kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq seçib, seçilmək hüququ var. Ancaq Yeni Azərbaycan Partiyasının Qurultayı indiki prezident İ.Əliyevin namizədliyini irəli sürübsə, zənn etmirəm ki, partiya sədrinin birinci müavini Mehriban Əliyevanın da namizədliyi dəstəklənsin. İkincisi də bu məsələlər YAP-daxili və hakimiyyətdaxili məsələlərdi. Müstəqilliyik tariximizdən indiyədək hələ ki, təkcə bir dəfə 2003-cü ildə seçki marafonunda qadın namizəd iştirak edib.
- 1-ci vitse-prezidentin təyinatından bir il ötdü. Sizcə, ötən müddət ərzində nələr dəyişdi və ümumiyyətlə, təəssüratlarınız necədir?
- Bir il müddət az deyil. Açığı mən bu təyinatdan köklü islahatlar və kardinal dəyişikliklər gözləmirdim və bu barədə də fikirlərimi mətbuatda demişəm. Ölkədə idarəçilik mexanizmi elə qurulub ki, bunun bir detalına toxunulsa həmin sistem çökər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Mehriban xanım da bu siyasi sistemin yetirməsidir, deməli, metodologiya da eynidir. Ola bilər 1-ci vitse-prezident Əliyevlər hakimiyyətini böhrandan xilas etmək üçün müəyyən cəhdlər etsin, yaxud da hakim elitanın maraqlarına toxunmayan müəyyən islahatlara maraqlı olsun. Lakin neft pulları elitanı, eynən də köhnə qvardiyanı o qədər qüdrətli edib ki, bunlarla bacarmaq heç də asan deyil. Üstəlik də, onların xarici bağları, dəstəkçiləri də var. Bir qrupu Moskvaya, bir qrupu Tehrana, bir qrupu Ankaraya, bir qrupu İsrailə və s. bağlılaqları var. Ölkədə kastalaşma gedir. Varlı zümrəni hakimiyyətdə möhkəmləndirən amillərdən biri də bu kastalaşmadır, qohumluq bağlarıdır. Siz vəzifəsindən azad edilən nazirlərin möhtəşəm biznes imperiyaları və milyardlarla ölçülən maliyyə imkanları haqqında eşitməmiş olmazsınız. Hələ "vurulanlar” vəzifədə qalanlarla müqayisədə zəif sayılanlardılar. Cəmiyyətin özü də islahatların həyata keçirilməsinə təkan verməyə həvəs göstərmir. Doğrudur, təyinatın ilk aylarında insanlarda bir qədər ümidlənmə yarandı. Lakin getdikcə bədbinlik daha surətlə artmaqdadır. Müxtəlif beynəlxalq təşkilatların illik hesabatlarında da Azərbaycan audsayderliyini, xoşagəlməz nəticələrini saxlamaqdadır. Bu tipli hesabatlarda, hətta, bəyənmədiyimiz düşmən ölkədən də geridə qalırıq. Bununla belə hər şeyin bitdiyi qənaətində də deyiləm və hesab edirəm ki, çıxış yolları qalır. Əgər 1-ci vitse-prezident hakimiyyətin səhvlərini təkrarlamasa, həddindən artıq şişmanlaşmış məmur-oliqarxları dövlət idarəçiliyindən təmizləyə, hüququ nihilizmi qismən də olsa aradan qaldıra, vətəndaşların elementar hüquqlarına təminat verə və onların hədisiz istismarına qarşı çıxa bilsə, korrupsiya və rüşvətə üstün gələ bilsə, vətəndaş etimadı qazanmağı bacarsa, bəlkə həm iqtidarlarının, həm özlərinin, həm də ölkənin xilası mümkündür. Bütün bu çətin, vacib və mərhələli, həm də gecikdirilmədən həlli tələb olunan problemlərin öhdəsindən gəlmək üçünsə hakimiyyətdaxilindəki və iqtidarxaric sağlam qüvvələr, bu indiki müxalifətdən də ola bilər, çirkaba bulaşmayan təcrübəli, savadlı və peşəkar kadrlar prosesə cəlb edilməlidir. Xalqın dəstəyini qazanmaq lazımdır. Təəssüflər olsun ki, bir ilin təhlili onu deməyə əsas verir ki, çıxış yolu ancaq siyasi sistemin dəyişməsində, mütərəqqi qüvvələrin idarəçiliyə gəlməsindədir.
- Prezident seçkilərindən nə gözləyirsiniz? Ola bilərmi siz dediyiniz həmin addımlar seçkidən sonra atılsın?
- Açığı bu seçilərdən elə bir gözləntim yoxdur. Adət etdiyimiz kimi İ.Əliyev yenidən 80-90 faiz səslə postunda qalacaq, digər namizədlərin də hərəsi maksimum 1-2 faizlə kifayətlənəcək. Beynəlxalq müşahidəçilər də ən yaxşı halda dünya standartlarına uyğun, ən pis halda isə irəliyə doğru atılmış bir addım deyərək, münasibətlərini bildirəcəklər. Kabinet buraxılıb yenidən təşkil olunacaq, digər vitse-prezidentlərin kimlikləri bilinəcək. Bunlar illər uzunu bizə alışdırılan adi prosedurlardı.Ağıllı hökümətlər böhrandan çıxmaq üçün böhranı yaradan səbəbləri aradan qaldırmağa, islahatlara və dəyişikliklərə daha tez və qətiyyətlə can atır. Lakin mənim üçün maraqlısı prezident seçkilərindən sonra nələrin baş verəcəyidir. Prezident seçkilərinin də 6 ay qabağa salınması da təsadüfi deyildi və çox ciddi səbəbləri vardı. Dünyada və regionda gedən sürətli proseslər, beynəlxalq siyasi qütübləşmə, artan xarici təzyiqlərhakimiyyətdaxili çəkişmələrin şiddətlənməsi, 1-ci vitse-prezidentin simasında sürətlə güclənməkdə olan yeni bir klanın nüfuz uğrunda və hakimiyyət davaları dəngələri dəyişməkdə, dayanıqlığı itirməkdədir. Paralel olaraq da ölkədəki günü-gündən dərinləşməkdə olan bütün sahələrdəki ciddi problemlər, əhalinin güzəranının ağırlaşması, incidilməsi, güvəniləcək və araxalana biləcək ünvanlarının olmaması radikalizm meyllərini artırmaqdadır. Bu seçkilər ictimai şüurda müsbət dəyişikliklərə olan-qalan ümidləri də tam öldürə bilməklə yanaşı, həm də cəmiyyətdə demokratik və sivil mübarizənin yolunun bağlanılması təsəvvürü də yarada bilər ki, bu çox ciddi təhlükələrə yol açar. Təəssüflər olsun ki, bunun ilkin işartıları görünməkdədir. Qarşıduran tərəflər artıq bir-birlərinə qarşı opponent, rəqib kimi yox, düşmən, yad ünsür kimi yanaşmaqdadırlar. Sözlər, ideyalar, fikir plüralizmi, alternativliklər deyil, söyüş, təhqirlər, alçaldılmalar, şiddət və sair kimi anormallıqlar siyasi mübarizə aləti kimi işə salınıb. Və çox təəssüf ki, bunları özləri üçün qəhrəmanlıq, mübarizlik, qorxmazlıq kimi qəbul edənlər var. Bu cür olmaz və olmamalıdır! Qısası qarşıdakı 7 illik vaxt ərzində çox şeylər dəyişə bilər və hətta, gözlənilməz hadisələr də baş verə bilər. Ona görə də hesab edirəm ki, demokratik qüvvələr hər cür prosesə özünü hazırlamalıdır. Ölkəni taleyinə onlar da məsuliyyət daşıyırlar.