Azərbaycan Mərkəzi Bankı (AMB) bankların bütün depozitləri üzrə məcburi ehtiyat normasını 4 dəfə azaldıb. Trend-in məlumatına görə, Elman Rüstəmov məcburi ehtiyatların norması, hesablanması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib. Nəticədə depozitlər üzrə məcburi ehtiyatların norması 2 faizdən 0,5 faizədək endirilib.