Aydın Əliyev: "Onlar Tarif Şurasından da çəkinmirlər”
Azərbaycanda dərman bazarı dirçəldikcə, saxta və keyfiyyətsiz preparatların da sayı artır. Son vaxtlar dərman preparatlarında davamlı qiymət artımı narahatedici həddə çatıb. Başqa bir nüans ondan ibarətdir ki, həblərin formalarında müəyyən dəyişikliklər edilib, guya ki, keyfiyyət dərəcələri artırılıb. Azərbaycanda satışa çıxarılan dərman preparatlarının, demək olar ki, hamısı xaricdən gətirilir. Ölkədə daxili istehsal olmadığından dərman preparatları davamlı bahalaşmalara məruz qalır.
Artıq dərman bazarı bəzi qüvvələrin açıq silahına çevrilib ki, bu da ictimaiyyəti narahat edir. Bu gün müəyyən dərman ehtiyaclarına görə apteklərə üz tutan insanlarımız hər dəfə fərqli mənzərə ilə qarşılaşmalı olurlar. Bu günlərdə həblərin qiymətlərində davamlı artım və dərman preparatlarının formalarının dəyişdirilərək bahalaşması cəmiyyətdə narazılıqla qarşılanır.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dərman preparatlarının qiymətlərinin baha olmasına etiraz etmişdi: "Dərman preparatları bazarında çox ciddi dönüş yaradılıb. Dövlət bu sahəni artıq öz nəzarətinə götürüb. Əvvəlki illərdə bu, daha çox biznes sahəsi kimi qəbul edilirdi. Yəni ki, bazar var, tələbat var, təklif var. Bazar hər şeyi tənzimləyir. Ancaq bu məsələ ilə bağlı dərindən məşğul olmağa başlayanda gördük ki, burada çox böyük pozuntular var. Bəzi dərmanların qiymətləri bir neçə dəfə şişirdilir. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir. İndi artıq yeni dövlət tənzimləmə mexanizmi tətbiq edilir”. Prezident dərman pereparatlarının keyfiyyətinə də nəzarət mexanizminin gücləndirilməsi tapşırığını vermişdi və bildirmişdi ki, zaman-zaman dərmanların qiymətləri aşağı düşəcək. Faktiki olaraq son devalvasiyadan sonra dərman preparatlarının qiymətlərində bir neçə dəfə artım olub. Bahalaşmadan hər dəfə sonra Tarif Şurası dərman preparatlarının qiymətlərində heç bir bahalaşmanın olmadığı barədə açıqlama versələr də, görünən mənzərə tam bunun əksinədir.
"İşbazlar yalnız cibini güdür”
Farmakoloq alim Aydın Əliyev "Cümhuriyət” qəzetinə deyib ki, dərmanların mütəmadi bahalaşması, keyfiyyəti, onların təsir gücü və digər məsələlər günümüzün reallığına çevrilib: "Artıq dərmanların qiyməti ilə bağlı müəyyən formalaşma gedib. Tarif Şurasının nə deməsindən asılı olmayaraq onsuz da qiymətlər bahalaşaraq gedir. Dərman bazara daxil olub.
Azərbaycanda bazar iqtisadiyyatı hələ ki primitiv bir vəziyyətdədir. Bəzi işbazlar yalnız öz cibləri üçün çalışırlar. 3 manata başa gələn dərmanı 15-20 manata satmaq günahdır. İndi artıq Tarif Şurasından da çəkinmirlər. Bu məsələ artıq idarəolunmaz bir vəziyyətə çevrilib. Yəni idarə olunmayan bazar iqtisadiyyatı edirlər. Azərbaycanda bazarlarda istənilən şəxs istədiyi qiymətləri qoyur. Nəinki dərmana, ərzaq məhsulları və geyim də belədir. Bu məsələlər ölkədəki bazar iqtisadiyyatının vəziyyəti ilə bağlıdır. Eləcə də, bu məsələ tibbi sığorta ilə əlaqədardır. Nə qədər ki, ölkədə tibbi sığorta qəbul olunmayıb, açığı, bu problemlər baş alıb gedəcək”.
"Dərman silaha çevrilib”
Ekspert dərman preparatlarının keyfiyyətinə də toxunub. O deyib ki, bəzi dərman preparatlarının tərkibindəki maddələrin biri və ya bir neçəsi azaldılaraq qiyməti bahalaşdırılır: "Bunu isə bilmək üçün dərmanların kimyəvi tərkibini yoxlamaq lazımdır. Eyni zamanda, dərmanın bioloji aktivliyini yoxlamaq lazımdır. Azərbaycanda, ümumiyyətlə, bioloji aktivlik artıq yoxlanmır. Yəni belə preparatların birində təsir effekti var, digərində isə təsir effekti yoxdur. Dərmanlarla bağlı belə oyunlar gedir. Sadəcə, dəhşətə gəlirəm. Dərman preparatları dünyada gedən məkrli oyunlara bənzəyir. Yəni dərman artıq müalicə funksiyasından çıxıb silah vasitəsinə çevrilib. Digər ölkələri məhv etmək siyasəti gedir. Dünya Səhiyyə Təşkilatı dərman preparatlarının idarə olunmasında heç bir rolu, əhəmiyyəti olmayan bir qurumdur. Dünyanı qara qüvvələr idarə etdikləri kimi dərmanı da idarə edirlər. Bəzi ölkələrdə istədikləri problemləri yaradırlar. Dərmanların çoxunda keyfiyyət yoxdur. Ortada isə həkimlər qalır. Əslində, səhiyyənin dərmanların keyfiyyətinə heç bir aidiyyəti yoxdur. Bu məsələdə birbaşa cavabdeh biznesmen və dərman biznesi ilə məşğul olan qara qüvvələrdir”.