Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Petkim" neft-kimya layihəsindəki 3,4%-lik səhm paketini satır.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, SOCAR Topdan Satışlar Bazarında "Petkim"də sahib olduğu hissələrdən 34 mln. ədəd səhmi bir ədədi 4 lirədən olmaqla "BCM Global Fund" şirkətinə satacaq.
Əqdin dəyəri 136 mln. lirə (57 mln. dollara yaxın) təşkil edəcək.
Səhmlərin satışı fevralın 5-də "Ünlü Menkul Değerler" şirkəti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bu xəbərdən sonra "Petkim"in səhmləri 2 bənd yüksəlmə ilə başlayaraq 3,67% artımla 3,95 lirəyə yüksəlib.
Xatırladaq ki, SOCAR Türkiyənin "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin (61,32%) sahibidir.