Yanvar ayının sonuna Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında vaxtı keçmiş kreditlərin məbləği ilk dəfə 1 milyard manatı ötüb.
Mərkəzi Bank xəbər verir ki, cari ilin Yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 54,6 milyon manat artaraq 1 milyard 30 milyon 600 min manata çatmışdır.
Vaxtı ötmüş kreditlər, cəmi məbləği 18 milyard 579,8 min manat olan kredit qoyuluşlarının 5,5%-ə bərabərdir.
Ötən ilin Yanvar ayı ilə müqayisədə vaxtı ötmüş kreditlərin həcmi 215,8 milyon manat və ya 26,5% artıb.