Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 29 % azalıb

2020-ci ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin eyni dövrünə nisbətən 28,9 % azalaraq 3 608,9 milyon manat olub.
 
Bu barədə Musavat.com-a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika Komitəsindən məlumat verilib.
 
Məlumata görə, o cümlədən hüquqi şəxslər əhaliyə 2 456,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 68,1 %-ini təşkil edib.