Etiraz dalğası səngimək bilmir

Astara rayonunda da sosial problemlərlə bağlı etirazlar başlayıb. Rayonun Şahağacı kəndində sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhət ediblər. Bu barədə məlumat verən Astara rayon sakini Elçin İbrahimlinin deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib.

Astara rayonunda da sosial problemlərlə bağlı etirazlar başlayıb. Rayonun Şahağacı kəndində sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhət ediblər. Bu barədə məlumat verən Astara rayon sakini Elçin İbrahimlinBeyləqanda əhali etiraz aksiyası keçirib. Əhali bahalıq, işsizlik və bu kimi başqa sosial problemlərdən doğan tələblərini səsləndiriblər.

Rayon rəhbərliyi əhalinin aramsız sualları qarşısında aciz qalıb. Polis aksiyanın başlanğıcında etirazçılara qarşı zor tədbiq etmək istəsə də, toplaşanların kəskin reaksiyasından sonra geri çəkilib.

Rayondakı mənbələr aksiya zamanı heç kimin saxlanmadığını bildirir.

Sakinlər yanvarın 19-da Icra Hakimiyyəti başçısının qəbuluna gedib, tələblərini orada da səsləndirmək niyyətindədirlər.

Daha bir aksiya Bakının Hovsan qəsəbəsində keçirilib. Hövsan sakinləri avtobusların sonuncu dayanacağı olan dairəyə toplaşıblar. Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat verib. Bildirilir ki, aksiya yerinə dərhal 30-cu polis bölməsinin rəisi, icra nümayəndəsi Ağasəlim Əliyev və 6-7 post patrul maşını gəlib. Etirazçılar tələblərini səsləndirdikdən sonra sakinlərdən bir necəsi Suraxanı rayon Icra Hakimiyyətinə yollanıblar. Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü təkrar aksiyaya başlayacaqlar.

Bundan sonra aksiya başa çatıb. Heç bir qarşıdurma olmayıb.in deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib. (azadlıq.org)