"Hacıəmi Atakişiyevin ölümü Azərbaycan xalqına böyük itkidir”.
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Mİlli İstiqlal Partiyasının baş katibi və sədr əvəzi Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, mərhumun həm partiya ilə, həm də Azərbaycanla bağlı böyük arzuları vardı:
"Heyif ki, həmin arzularını reallaşdıra bilmədi. Uzun müddət müxtəlif vəzifələrdə işləyib, İçərişəhərin Baş planını hazırlayıb”.
Arzuxan Əlizadə Hacıəmi Atakişiyevin uzun müddət xəstə olduğunu bildirib:
"Son illər xəstəliyi bir az da irəlləmişdi. Partiyaya ara-sıra gəlirdi, amma tez-tez zəng edib partiyada olan proseslərdən xəbərdar olurdu. Etibar Məmmədovla gözəl münasibəti vardı. Son aylarda xəstəliyi daha irəlilədi. Dünən dünyasını dəyişib. Hazırda bütün partiya onunla vida mərasimindədir. Bir azdan onu Şüvəlan qəbristanlığında dəfn edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından biri Hacıəmi Atakişiyev dünən axşam saat 21 radələrində 68 yaşında vəfat edib. /AzNews.az/