Elxan Şahinoğlu: "Rayonlar boşaldılmasa, irəliləyişlər olmayacaq”
Əli Orucov: "Hökumət özünü sığortalamağa çalışır”
Martın 9-da Gürcüstanın paytaxtı Tiflisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr başlayıb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Tiflisdəki görüşlərdə Dağlıq Qarabağ münaqişəsini və münaqişənin dinc yolla həll prosesini müzakirə edəcəklər.
Tiflis müzakirələrindən əvvəl münaqişə ilə bağlı baş verən gəlişmələr dondurulmuş problemin donunun tədricən açılması yönündə pozitiv mühit yaradır. Xüsusilə Minsk Qrupu həmsədrlərinin, AŞPA və Avropa İttifaqı diplomatlarının son zamanlarda Azərbaycan və Ermənistana artan səfərləri həll prosesini sürətləndirə bilər. ATƏT-ə sədrlik edən Almaniya da 2016-cı il üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planını açıqlayıb. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirdi ki, il ərzində rəsmi Berlin münaqişənin dinc yolla həlli üçün hissolunan addımlar atacaq. Ştaynmayer məsələnin detallarını tam açmasa da, bu, Qərbin problemin tezliklə həll olunmasında maraqlı olduğunu göstərir.
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları
AŞPA prezidenti Pedro Aqramuntun bu yöndə verdiyi açıqlama da xüsusi əhəmiyyət kəsb edir. O, son bəyanatında bildirir ki, Azərbaycan dalana dirənmiş Qarabağ münaqişəsinin nəticələri ilə üzləşib: "İşğalda olan Dağlıq Qarabağ və digər regionlarla bağlı məsələnin həlli yolu tapılmalıdır. Bu münaqişə təkcə Azərbaycan və Ermənistanda sabitliyi pozmur, həm də iqtisadiyyata və cəmiyyətə ziyan vurur, bu, ölkələrin demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində inkişafına mənfi təsir göstərir”.
Qərb münaqişənin tezliklə həllini və "dondurma”dan çıxarmağı Azərbaycan hakimiyyətini köklü siyasi islahatlara məcbur etmək, həmçinin ölkəni Rusiyanın orbitindən uzaqlaşdırmaq kimi baxır. Rəsmi Bakı da dolayı yolla devalvasiyadan sonra münaqişənin Azərbaycanda bir sıra sahələrin inkişafına əngəl olduğunu bildirir. Bu, bir tərəfdən hakimiyyətin devalvasiyanı yaradan səbəbin özünün olması faktını üzərindən atmaq cəhdidirsə, digər tərəfdən bu, "Maydan” Hərəkatından əvvəl Ukrayna prezidenti Viktor Yanukoviçin Avropa İttifaqına "Ölkəmi Rusiya ilə təkbətək qoydunuz” mesajına bənzəyir. Yəni hakimiyyət düşdüyü vəziyyətdən çıxmaq üçün münaqişənin Qərbdə aktivləşməsinə maraqlı kimi görünür. Aİ və ABŞ bununla hesablaşır.
Bu baxımdan da tez-tez qərbli diplomatların dilindən "Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları” məsələləri birgə işlədilir. Təbii ki, bu fonda Rusiya Azərbaycana qarşı təzyiqlərini davam etdirir. Kreml də həll olunmasıyla Azərbaycanı orbitindən uzaqlaşdıracaq bu münaqişənin "dondurma”da saxlanılmasında maraqlıdır. Bu başqa bir mövzu olsa da, görünən odur ki, Rusiyanın basqılarına baxmayaraq, Qərb münaqişənin donunu açmaq üçün qollarını çırmalayıb.
Qərbə görə bu iki məsələ...
ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda insan haqları ilə bağlı son hesabatında bildirilir ki, bölgədə insan haqları sahəsində yaranmış bir çox problemin həlli Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Departament münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasının Azərbaycan və Ermənistanda demokratiya sahəsində ciddi problemlər yaratdığını bildirir: "Əgər problem həllini tapsa, insan haqları və demokratiya sahələrində yaranmış məsələlər avtomatik olaraq, özünə müsbət cavablar tapacaq”.
Aİ və ABŞ-ın Azərbaycanda insan haqları sahəsindəki vəziyyəti Dağlıq Qarabağ münaqişəsinə bağlamasından çıxan məntiq budur ki, Qərb bu iki sahədəki problemlərin həll edilməmiş qalmasını Rusiyaya bağlayır. Qərbə görə, bu iki məsələdən birinin həll olunması Azərbaycanı Rusiyadan uzaqlaşdıra bilər.
"...zəif nöqtələr aradan qaldırılacaq”
Politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə bildirib ki, ABŞ və Aİ müxtəlif sahələrdə, o cümlədən enerji və təhlükəsizlik sektorlarında Azərbaycanla əməkdaşlığı davam etdirir. E.Şahinoğlunun sözlərinə görə, Qərbdən həmçinin Azərbaycandan demokratiya və insan haqları sahəsində islahatların aparılması istənilir:
"İndi mübahisəli məhbuslar məsələsi də gündəmdədir. Dövlət başçısının bu ayın sonunda Amerikaya səfəri gözlənilir. Bu mübahisəli siyasi məhbus məsələsi həll olunsa, Azərbaycandan ABŞ və Avropa İttifaqı tərəfindən insan haqları və demokratiya sahələrinə dair istəklər və təzyiqlər xeyli azalacaq. ABŞ və Avropa İttifaqının özü də Azərbaycanla münasibətlərdə problemlər yaşamaq istəmir. Çünki Azərbaycana inanırlar. Azərbaycan bölgədə onların strateji tərəfdaşıdır. Enerji resurslarının Avropaya daşınması və beynəlxalq enerji layihələrinin reallaşdırılması da gündəmdədir. Buna görə də, yeganə mövzu insan haqları və demokratiyadır ki, bu sahələrdə Azərbaycan müəyyən islahatlar aparsa, Avropa İttifaqı və ABŞ-ın istədiklərini həyata keçirsə münasibətlərdəki zəif nöqtələr ortadan qaldırılacaq”.
Elxan Şahinoğlu hesab edir ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində çox da fəallaşmayıb: "Doğrudur, Mogerini İrəvan və Bakıda açıqlamalar verdi ki, mövcud status-kvo düz deyil, münaqişə həll olunmalıdır. Bunu amerikalı diplomatlar da deyirlər. Lakin real addımlar atılmır. İlkin addım kimi Qarabağətrafı rayonlar boşaldılmalıdır. Bu olmasa, münaqişənin həllində heç bir irəliləyiş olmayacaq. Digər yandan nə Avropa İttifaqı, nə də ABŞ Ermənistana heç bir təzyiq etmir. Buna görə də vədlər verilsə də, real addımlar atılmadığı üçün münaqişənin həllində irəliləyiş yoxdur”.
"Məsələləri qarışdırmaq doğru deyil”
AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə insan haqları və Dağlıq Qarabağ münaqişəsinin ayrı-ayrı məsələlər olduğunu deyib. Dağlıq Qarabağın işğalının beynəlxalq cinayət olduğunu deyən Ə.Orucov qeyd edib ki, bunu insan haqları məsələsi ilə qarışdırmaq doğru deyil:
"Təəssüflər olsun ki, bu məsələlərin qarışdırılmasının səbəbkarlarından biri Azərbaycandır. Çünki həmişə insan haqları ilə bağlı problemlər müzakirəyə çıxarılanda Azərbaycan dərhal Dağlıq Qarabağ məsələsini irəli sürür. Sanki hakimiyyət bununla özünü sığortalamaq istəyir. Bu baxımdan da, Qərbdən olan diplomatlar zaman-zaman bu məsələləri qarışdırırlar. İşğal faktorunu daxili siyasi məqsədlər üçün qarışdırmaq doğru deyil. Azərbaycanda insan haqları hər addımbaşı pozulur. Bununla bağlı beynəlxalq aləmin təpkiləri də var. Lakin bu demək deyil ki, Dağlıq Qarabağ məsələsinin həlli yönündə bu problemlər gözardı edilməlidir”.
- See more at: http://www.cebhe.info/oxu/15376/#sthash.l5bLQqOF.dpuf