Iqtidar hələ də nəticəli dialoqa ya hazır deyil

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Moderator.az-a açıqlamasında iqtidar-müxalifət görüşü və bu görüşün perspektivi ilə bağlı maraqlı fikirlər səsləndirib. Məlum görüşləri müxalifət üçün faydasız hesab edən Ə.Orucov, hakimiyyətin bu görüşlərdən imitasiya məqsədilə istifadə etdiyini vurğuladı:

"İqtidar-müxalifət dialoqu o zaman baş tutacaq ki, masa ətrafında təxminən eyni statusa malik, yaxud da qərarlarların qəbulunda iştirak edə bilən şəxslər otursun. Əli Həsənov Prezident Administrasiyasının məsul şəxslərindən biridir, lakin o qərarların qəbulunda iştirak etmir. Eyni zamanda ictimai-siyasi şöbəyə məsul şəxs olaraq Əli Həsənovun məhz belə görüşlər təşkil etmək, siyasi partiyalarla müntəzəm surətdə işləmək onun vəzifə borcudur.

Hesab edirəm ki, növbəti belə bir görüş olacaqsa bu əvvəlki kimi pərakəndə və hazırıqsızlıqsız olmamalıdır. Konkret məsələ müzakirəyə çıxarılmalıdır və bu müzakirələrdə əsas siyasi təşkilatlar iştirak etməlidir.

İkinci bir tərəfdən ötən ilin dekbrın 13-də keçirilən ilk görşdən sonra nə dəyişdi ki? Bildiyiniz kimi həmin görüş bələdiyyə seçkilərindən əvvəl baş tutmuşdu. Müzakirə olunan məsələlərdən biri də bələdiyyə seçkilərininin şəfaff və ədalətli keçirilməsi məsələsi idi. Amma hakimiyyət bu seçkiləri əvvəlkiləridən betər saxtalaşdırdı. Ona görə də mən bu formatda olan görüşləri müxalifət düşərgəsi üşün mənasız və faydasız hesab edirəm. Hakimiyyət üçünsə belə görüşlər imitasiyadan başqa bir şey deyil.

Bu görüş iqtidar-müxalifət dialoquna yol açacağı, problemlərin həllində və münasibətlərin normallaşmasında əhəmiyyət kəsb edəcəyi təqdirdə müsbət qarşılamaq olar. Fakt və təcrübə onu deməyə əsas verir ki, iqtidar hələ də nəticəli dialoqa ya hazır deyil, ya da buna heç həvəs göstərmir”.