"İstənilən halda, qəbul olunacaq Xartiyanın qanunların təminatına köməyi dəyəcəksə, bunu alqışlaya bilərik"
img
Elşən Mustafayev: "Əsasən də biz İranda yaşayan soydaşlarımızla bağlı problemlərin həllini tapmasını istəyirik"
İran prezidenti Həsən Ruhani İran tarixində ilk dəfə olaraq Vətəndaşların Hüquqları Xartiyasını təqdim edəcək. Bu barədə IRINN telekanalı məlumat yayıb.
H.Ruhaninin sözlərinə görə, Xartiya ölkə Konstitusiyasının bütün müddəalarının icrasına kömək edəcək. O əlavə edib ki, Konstitusiyanın müddəalarının icrasına məhz prezident cavabdehlik daşıyır.
Bu Xartiyanın qəbul edilməsi hansı yeniliklərə səbəb olacaq?
Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, hər bir ölkənin konstitusiyası onun ana qanunu sayılır: "İran Konstitusiyasında istər milli azlıqlar, istərsə də insan haqları ilə bağlı çox mütərəqqi fikirlər var. Ancaq təəssüflər olsun ki, onların heç biri real həyatda tətbiq olunmur. Xartiya ilə bağlı prezident deyib ki, Konstitusiyanın bütün maddələrinin işləkliyi təmin ediləcək. Burada hər şey aydındır. Belə nəticəyə gəlinir ki, ana qanunda olan müddəlar sözdə var. Bir faktı da bildirmək istəyirəm ki, İran kimi ölkələrdə qəbul edilən qanunların işləklik mexanizmi siyasi iradəyə bağlı olan məsələdir. İstənilən halda, qəbul olunacaq Xartiyanın qanunların təminatına köməyi dəyəcəksə, bunu alqışlaya bilərik. Əsasən də biz İranda yaşayan soydaşlarımızla bağlı problemlərin həllini tapmasını istəyirik. Öz dilində yazıb-oxumaq kimi təməl haqları İran Konstitusiyasında təsbit olunsa da, onlar bundan məhrumdur. Ümid edirik ki, bu yenilik dediyimiz dil probleminin həllinə də kömək edəcək".