Azərbaycan Mərkəzi Bankının kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunur.
Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq.
Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir: "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.
Eyni zamanda 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 15-də müzakirəyə çıxarılacaq/APA/