Milli
İstiqlalçıların AMİP Lideri Etibar Məmmədova təbriki
Əziz Etibar bəy!
Sizi anadan olmağınızın 60 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağılığı, gümrahlıq və yeni-yeni uğurlar arzulayırıq.
Siz, Azərbaycanda milli şüurun oyanmasında və xaqlın azadlıq hisslərinin alovlanmasında fəal iştirak edərək, hələ tələbəlik illərindən heç nədən çəkinməyərək sovetlər dönəmində ali ideyalar uğrunda aparılan mübarizənin ön sıralarında olmusunuz. Bu fəaliyyətiniz nəticəsində hətta təhsil aldığınız universitetdən bir müddət kənarlaşdırılsanız və təqiblərə məruz qalsanız da daxilinizdən gələn Vətən, Millət, Azadlıq, İstiqlal sevgisi Sizi daha da ruhlandıraraq apardığınız mücadilənin qalibiyyətlə sonunclanması üçün yolunuzdan çəkindirməmişdir.
Sizin də öndə olduğunuz hərəkat böyüyərək ötən əsrin 80-ci illərinin sonlarında Azadlıq Hərəkatına çevriləndə milyonlarla insanın güvənci oldunuz. Meydanlara çıxan milyonlarla insan haqq səsinizə səs verdi, müstəqillik arzularınızın gerçəklənməsinə dəstək oldu. Hərəkatın Milli Azadlıq Hərəkatı xarakteri alması da Sizin adınızla bağlıdır. Məhz Sizin inadkar səyləriniz nəticəsində Azərbaycanın müstəqilliyə qovuşması tələbi qəti şəkildə qoyuldu. Mübarizənizin önündə İmperiyanın zindanları da aciz qaldı. Bir milyondan çox insanın Sizin həbsdən azad olunmağınız üçün atdığı imza həm də xalqın Sizə olan inam, sevgi və etibarının göstəricisi idi.
Azərbaycanın yenidən müstəqiliiyə qovuşmasından sonra beynəlxalq aləmin ayrılmaz subyekti kimi dünya birliyi tərəfindən rəsmən tanınması iə bağlı xidmətləriniz əvəzolunmazdır. Eyni zamanda məkrli düşmənə qarşı yenicə formalaşmaqda olan döyüşən milli ordumuzun silah-sursat, hərbi texnika və digər zəruru ehtiyaclarının təmin olunmasında böyük xidmətləriniz olub.
Sizin çoxşaxəli fəaliyyətinizin davamı olaraq ölkədə ilk siyasi partiynın yaradılması da ən böyük nəaliyyətlərinizdən biridir. Hərəkat dövründən bü günədək ölkədəki ictimai-siyasi və demokratikləşmə prosesini Sizsiz təsəvvür etmək mümkün deyil. Ömrünüzün böyük hissəsi cağdaş Azərbaycanımızın şərəfli və şanlı tarixidir. Bu tarix gələcək nəsillər üçün də bir örnək, bir nümunədir.
Biz Milli İstiqlalçılar, bizimlə bərabər yüz minlərlə soydaşımız bir Lider olaraq Sizınlə və Sizin keçdiyiniz həyat yolunuzla fəxr və qürur duyuruq!
Əzizimiz Etibar bəy!
Sizi yubleyiniz münasibəti ilə bir daha təbrik edir, Sizin bundan sonra da Dövlətimiz və Millətimiz üçün daha böyük uğurlara imza atacağınızı arzulayırıq! Arzu edirik ki, Sizin bütöv, demokratik, çiçəklənən, inkişaf edən, sülh və təhlükəsizlik içində görmək istədiyiniz Vətənimiz Azərbaycan barədə arzularınız tezliklə həyata keçsin!
Dərin hörmətlə, Milli İstiqlalçılar
P.S. "Millət" qəzeti olaraq biz də bu təbrikə qoşularaq, öndər Etibar Məmmədova arzularına və istəklərinə çatmasını Ulu Tanrıdan təvəqqə edirik!