" Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşündə tərəflər razılığa gələ bilməyiblər”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik görüşlə bağlı müsahibəsində belə deyib.
Həqiqətən də bir neçə gün öncə baş tutan bu görüşdə münaqişənin həlli istiqamətində real addımların atıldığını görə bilmədik. Yenə də Ermənistan tərəfinin qeyri-konstruktivliyi üzündən danışıqlar real nəticə vermədən sonuclandı. Vəziyyətin belə olmasında aydın məsələdir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin də günahı vardır. Belə ki, onlar aparılan danışıqların nəticə verməsi üçün ciddi addımlar atmır, sadəcə, atəşkəsin qorunub saxlanılmasında maraqlıdırlar. Bəs, yaranmış bu durum Qarabağ münaqişəsinə nə vəd edir? Ümumiyyətlə, gələn il ərzində münaqişə ilə bağlı hansısa yeniliklər baş verə bilərmi?
AMİP katibi Elşən Mustafayevin fikrincə də son danışıqlar bir daha göstərdi ki, münaqişənin həlli istiqamətində yeniliklər hələlik ortalıqda yoxdur: "Regionda baş verən hadisələr fonunda, yəni Rusiya Qərb münasibətlərinin gərginləşdiyi bir məqamda Moskva Cənubi Qafqazda əlində olan kartı buraxmaq niyyətində deyil. Azərbaycan Qərblə Rusiya arasındakı mövcud durumda ən yaxşı halda neytral mövqeyini qoruyub saxlayır. Rusiyanın təklif etdiyi Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatinda təmsil olunmur. Ölkəmizin gələcəkdə də Rusiyanın təşkil etdiyi hərbi və siyasi birliklərə qoşulacağı sual altındadır. Azərbaycana qarşı təzyiq vasitəsi olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması Bakının siyasi problemlərinin həllində əl-qolunun açılmasına imkan verər deyə, hazırda Moskva münaqişənin həllində maraqlı deyil.
İkincisi, hazırda vəziyyət o həddədir ki, hərbi əməliyyatların istənilən anda başlanması təhlükəsi də istisna edilmir. Burada söhbət heç də geniş həcmli hərbi əməliyyatların başlanmasından getmir. Ən azından təmas xəttində bu günə qədər baş verən atəşkəsin pozulması hallarından bir qədər fərqli toqquşmaların olacağı gözləniləndir. Çünki bununla Azərbaycana təzyiq etmək istəyirlər. Ermənistan hazırda elə hesab edir ki, mövcud proses onun xeyrinə işləyir. Bu ölkə Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında özünü komfort hiss edən kimi göstərir. İqtisadi gücə malik olmayan bir dövlətin başqa böyük bir dövlətin ağuşuna sığınması onun üçün bir uğur sayılır. İstənilən halda Ermənistan danışıqlarda irəli sürülən şərtlərin Azərbaycan üçün daha ağır formatda getməsində maraqlı olacaq. Bu fonda 2016-cı ildə də həll prosesində hansısa bir yeniliyin olacağını gözləməyinə dəyməz. Baş verən proseslər fonunda hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa nailiyyətin olacağı ciddi görünmür. Hesab edirəm ki, hələlik mövcud durum olduğu kimi qalacaq”.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun qənaətincə, prezidentlərin ilin sonunda baş tutan Bern görüşü Minsk qrupu həmsədrləri üçün lazım idi: "Əslində, ATƏT-in Minsk qrupu həmsədrləri Bern görüşünü təşkil edərkən heç bir xüsusi nəticəyə də ümid bəsləmirdilər. Dəfələrlə şahidi olmuşuq, onların başlıca məqsədi hər vəchlə prezidentlər səviyyəsində görüşün təşkil edilməsi və bununla da atəşkəs rejiminin daha sabit olaraq qorunmasına nail olmaqdan ibarətdir. Yəni, münaqişənin həlli yox, onun hərbi müstəviyə keçməsinin qarşısını almaq əsas niyyətləridir. Görüşün nəticələrilə bağlı nəticə əldə edilmədiyinə gəldikdə, hesab edirəm ki, bunun belə olacağına ən çox inananlardan biri də elə Ceyms Uorlikin özü olmalı idi. Nəticə necə əldə edilsin ki, hələ Bern görüşündən bir müddət öncə Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın Azərbaycan ərazisi olmadığı, onun Erməinistan ərazisi olduğu barədə sərsəm bəyanat vermişdi. Bu reallıq fonunda hansı danışıqlar və onun nəticələrindən söhbət gedə bilər? Yəni, bu prinsip etibarı ilə gözlənilən idi. Sadəcə, qeyd etmək istəyirəm ki, həmsədrlər bu görüşü keçirməklə özlərinin illik hesabatlarında fəaliyyətləri nəticəsində belə bir görüşün baş tutduğunu elan etmək istəyiblər. Yəni, bu görüş onların özləri üçün lazımdır. Halbuki həmin son görüşün münaqişənin həllinə təsir göstərəcəyinə inam belə yox idi. Belə demək mümkündürsə, görüşün yeganə nəticəsi ondan ibarətdir ki, görüş ümumiyyətlə, baş tutub. Görüşün baş tutmasının özü isə həmsədrlər üçün bir nəticədir. Həmçinin, bundan sonra da görüşlərin davam etdirilməsi haqqında razılıq əldə olunub. Bu da həmsədrlər üçün bir nəticədir. Nəhayət, görüşün bundan sonra da ATƏT-in Minsk qrupu formatında davam etdirilməsi barədə razılıq əldə edilib. Yəni başqa format yox, məhz ATƏT formatı. Bu da növbəti formal nəticələrdəndir. Amma münaqişənin həllinə xidmət edə biləcək heç bir real nəticə əldə edilməyib. Bu mənada Ceyms Uorlik haqlıdır. O öncədən də bilirdi ki, belə olacaq”.
Politoloq gələn il üçün də münaqişənin həllində hansısa möcüzənin ola biləcəyinə nikbin yanaşmadığını dedi: "Həmsədrlərin bəyanatında qeyd olunub ki, danışıqların bundan sonra da davam etdirilməsi haqqında razılaşma var. Həmsədrlər çalışırlar ki, heç olmasa, il ərzində bir dəfə prezidentlərin görüşünü təşkil etsinlər. Həm də Bern danışıqları göstərdi ki, heç bir nəticə əldə edilməyib və bu fonda da 2016-cı ilə qədəm qoyuruq. Bu baxımdan 2016-cı ildə nəsə bir möcüzənin baş verəcəyini gözləmək düzgün olmazdı. Həmsədr ölkələri, daha dəqiqi bir tərəfdə ABŞ və Fransa, digər tərəfdə isə Rusiya arasında münasibətlərin son dərəcədə gərginləşdiyini də nəzərə alsaq, bu belə bir reallıq fonunda Qarabağ münaqişənin həlli prosesinə mənfi təsir göstərə biləcək amilə çevrilir. Ona görə də 2016-cı ilə nikbin baxa bilmirəm. Bununla belə, hazırda dünyamızda proseslər o qədər sürətlə inkişaf edir, hər an yeniliklərin şahidi oluruq ki, proseslər fərqli müstəvidə də inkişaf edə bilər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ümidsiz də olmaq olmaz. Amma bütövlükdə 2016-cı ilin dünyamız üçün elə də asan il olmayacağını proqnozlaşdırmaq mümkündür. Bu baxımdan münaqişələrin həlli məsələləri də istisna təşkil etmir”.