Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin daha bir mərhələsinə start verilib. Belə ki, oktyabrın 9-dan etibarən deputatlığa namizədlərin təbliğat-təşviqat mərhələsi başlayıb. Artıq əksər namizədlər seçiciləri ilə silsilə görüşlər keçirir, öz platformalarını açıqlayırlar. Təbliğat-təşviqat mərhələsində də hakim Yeni Azərbaycan Partiyası və onun dəstəklədiyi namizədlər daha çox fəallıq nümayiş etdirirlər. Hakim partiyadan fərqli olaraq isə müxalifət partiyaları və onların namizədləri təbliğat-təşviqat prosesində aktivlik nümayiş etdirmirlər desək yanılmarıq. Yalnız bir neçə müxalifət namizədi seçiciləri ilə görüşlər keçirib ki, həmin görüşlərdə də məhdud sayda seçici iştirak edib. Maraqlısı odur ki, bütün günü sosial şəbəkələrdə olan, bu şəbəkənin imkanlarından hər zaman maksimum dərəcədə yararlanan müxalifətçilər seçki dövründə təbliğatın bu üsulundan belə istifadə etməyə maraqlı görünmürlər. Bu zaman isə ortaya maraqlı sual çıxır. Müxalifət partiyaları və onların namizədləri hansı səbəbdən seçki passivliyi nümayiş etdirir, cəmiyyətlə yaxından təmasa girərək öz platformasını onlara açıqlamır? Belə çıxır ki, bu düşərgənin əksər namizədləri seçkilərdə uduzacağını əvvəlcədən zənn edərək o qədər də aktiv olmağa həvəsli deyillər? Halbuki əksər müxalifət partiyaları dəfələrlə iddia ediblər ki, hakimiyyət onların xalqla təmasa girməsinə əngəllər yaradır. İndiki situasiyada müxalifətin xalqla yaxından təmasda olması, öz platforması, fəaliyyət istiqamətlərini, istək və arzularını xalqa çatdırması üçün real imkanlar var. Onda nə üçün müxalifət bu imkanlardan yaralanmaq istəmir? Bu suallara aydınlıq gətirmək üçün bir neçə müxalifət partiyasının rəsmilərinə müraciət etdik.
Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu deyir ki, seçkilərin təbliğat-təşviqat kompaniyasının sönük keçməsi gözlənilən idi. Çünki təbliğat-təşviqa kampaniyasının məqsədi seçiciləri bu və ya digər namizədın lehinə, yaxud əleyhinə səs verməyə cəlb etməkdir. Onun sözlərinə görə, bu üsul açıq və bərabər rəqabətə əsaslanan demokratik seçki mühitində effektli olur: "İkincisi, namizədlərin kütləvi təsir vasitələrinə, televiziyalara, ekektron kütləvi informasiya vasitələrinə çıxış imkanları yoxdur”.
Əli Oruclu deyir ki, təbliğat-təşviqat materiallarının və kampaniyanın özünün seçkilərin sonucuna təsir etməyini düşünən namizədlər bu yöndə havayı maliyyə və potensial qoymaqda maraqlı deyil: "Bu baxımdan da təkcə müxalifət deyil, ümumilikdə seçkilərə namizəd olaraq qatılanların mütləq əksəriyyəti təbliğat-təşviqat aparmaqda həvəs göstərmir”.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də təssüf hissi ilə bildirib ki, parlament seçkiləri ilə bağlı cəmiyyəti silkələyə biləcək təbliğat kampaniyası müşahidə olunmur. Onun sözlərinə görə, cəmiyyətin seçkilərə olan biganəliyi siyasilərin onu idarə etmək istəklərinə üstün gəlməkdədir: "Buna görə də siyasilərin bəzilərində passivlik və pessimizm formalaşıb. Bu da təbii olaraq seçki kampaniyasına mənfi təsir edir. Kütləvi informasiya vasitələrinin seçki təbliğatını reklam ödənişi əsasında aparması da maddi durumu yaxşı olmayan müxalifətin işinə mənfi təsir göstərir”. Mütəllim Rəhimli bildirib ki, sosial şəbəkələrlə işləmək bacarığının zəifliyi də təbliğat-təşviqat kompaniyasına təsir göstərir: "Bu sahə kifayət qədər təzədir və ona görə də onun imkanları düzgün başa düşülmür. Üstəlik sosial şəbəkələrlə təmas qurmaq taktikasının yoxluğu da indiki durumun üzə çıxmasını şərtləndirib”.
Süleyman