Elşən Mustafayev: "Avropaya yaxın olan və ya Qərbə qucaq açan hansısa bir subyekt Krım kimi ilhaqa məruz qala bilər"
"Əksinə, tərəflər arasındakı münasibətlər o səviyyədə antoqonistləşib ki, buna inanmaq olmur"
Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya Suriya Demokratik Partiyasının danışıqlara dəvət olunmasının tərəfdarıdır:
"Qeyd etmək istərdim ki, Rusiyanın Suriya prezidenti Bəşər Əsədi istefaya səsləməsi və ona sığınacaq söz verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəşər Əsədlə bu mövzuda heç bir söhbət olmayıb. Əsədin Moskva səfəri və Vladimir Putinlə görüşü zamanı hansı məsələləri müzakirə etməsi sizə məlumdur". Lavrov çıxışı zamanı terrorçuluqla mübarizə məsələsinə də toxunub: "Beynəlxalq terrorçuluğa tək hərbi yolla qalib gəlmək mümkün deyil. İqtisadi və siyasi mübarizə vacibdir. Terrorçuların iqtisadi infrastrukturlardan istifadəsinin, İraq və Suriyada Türkiyənin iştirakı ilə neft qaçaqmalçılığının və əlbəttə ki, ekstremist ideologiyanın qarşısını almaq lazımdır". S.Lavrov Avropa Birliyinin parçalanması və zəifləməsi məsələsinə də münasibət bildirib: "Moskva Avropa Birliyinin parçalanması və ya zəiflədilməsində maraqlı deyil. Bizə bütün sahələrdə vahid və güclü tərəfdaş olan Avropa Birliyi maraqlıdır". Rusiya XİN rəhbəri Qərbin NATO-nu Rusiya sərhədlərində möhkəmləndirmək planını "böyük səhv" adlandırıb: "NATO Rusiya ilə sərhəd bölgələrdə hərbi varlığını artırır. Moskva bu məsələni regionda sabitliyi pozmaq üçün atılmış addım kimi qiymətləndirir. Qərb bununla çox böyük səhvə yol verir".
Lavrovun Avropaya ünvanladığı bu mesajı əslində dünyaya meydan oxumaq kimi qəbul edə bilərikmi?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq katibi Elşən Mustafayev hesab edir ki, Lavrovun Avropa barədə səsləndirdiyi fikirlərdə yeni yanaşma yoxdur: "Rusiya ilə Qərb arasındakı qarşıdurma bir neçə parametr üzrə davam edir, özü də açıq müstəvidə. Mən Lavrovun Avropa Birliyinin parçalanmasında maraqlı olmamaları ilə bağlı səsləndirdiyi fikirlə razılaşmıram. Əksinə, tərəflər arasındakı münasibətlər o səviyyədə antoqonistləşib ki, buna inanmaq olmur. Avropanın bütün həmlələrindən görünür ki, onlar Rusiyanı məhv etmək istəyirlər. İqtisadi cəhətdən əllərindən gələn maneələri tətbiq edirlər ki, Rusiya tam çöksün. Bunu tam məsuliyyətilə anlayan Rusiyanın da tədbirləri adekvatdır. Suriya məsələsində Rusiyanın özündən çox uzaqda olan ölkədə müharibəyə girişməsi məhz bu gərginliyin hansı həddə olduğuna sübutdur. Eyni yanaşmanı biz Qərbin Ukraynadakı açıq davranışlarına da şamil edə bilərik. Lavrovun da danışığından məhz NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi ilə bağlı narahatlıq açıq görünür. Rusiya rəsmisinin bu bəyanatından hiss edilir ki, edilən xəbərdarlıq nəticə verməsə, başqa tədbirlərə əl atıla bilər. Məsələn, Avropaya yaxın olan və ya Qərbə qucaq açan hansısa bir subyekt Krım kimi ilhaqa məruz qala bilər".
Məhəmmədəli QƏRİBLİ