"Neft şirkətləri qiymətlərin ancaq 60-70 dollara
qədər enəcəyini düşünərək plan hazırlamışdılar. Ancaq qiymətlərin 50
dollardan aşağı düşməsi, bir çox dövlətin, şirkətin və insanın başının
bəlada olduğu mənasına gəlir".
Məşhur investor Mark Mobius, neftin aşağı düşməsini qiymətləndirib.
O,neft məsələsində heç kimin, hətta sektorun rəhbərlərinin belə mütəxəssis olmadığını deyib.
Mobius, "Neft şirkətlərinin qiymət təxminləri mövcud qiymətlərdən çox
uzaqdır. Kimsə qiymətlərin 50 dollardan aşağı düşəcəyini təsəvvür belə
etmirdi"- deyib.
Neftin 50 dollardan aşağı düşməsinin problem yaradacağını bildirən
Mobius, "Son 20 ilə nəzər salsaq neftin qiymətinin tələb-təklifə görə
deyil, etimada görə formlaşdığını görürük. Uzun perspektivdə
tələb-təkilif ilə qiymətlər arasında real bir əlaqə yoxdur. Neft
şirkətləri qiymətlərin ancaq 60-70 dollara qədər enəcəyini düşünərək
plan hazırlamışdılar. Ancaq qiymətlərin 50 dollardan aşağı düşməsi, bir
çox dövlətin, şirkətin və insanın başının bəlada olduğu mənasına gəlir"
deyib.
Məşhur investor, əmtəə qiymətlərində enişin sona yaxınlaşdığına diqqəti
çəkərək,"Əmtəə qiymətlərinin bir qismində yüksəliş görə bilərik. Qızıl,
gümüş, platin, palladium kimi qiymətli metallarda bir artım ola bilər"
deyə bildirib.