Neftin qiyməti haqqında bədbin proqnoz

"İranın dünya neft bazarına çıxışı qaçılmazdır”. Dünya Bankının ekspertləri İrandan iqtisadi sanksiyalarının qəti olaraq götürülməsindən sonra 2016-cı ildə neftin qiymətinin bir barelinin 10 dollara azalacağını proqnozlaşdırırlar.

Ekspertlərin bu barədə proqnozları beynəlxalq maliyyə institutunun məruzəsində yer alıb.

"İranın dünya bazarına qayıtması son nəticədə gündə təxminən 1 milyon barel neft gətirəcək ki, bu da növbəti ildə qiymətləri 10 dollar azaldacaq”, - deyə, məlumatda bildirilir.

İranda neft hasilatı daxili tələbatdan xeyli çoxdur, buna görə də, İranın dünya bazarına çıxması qaçılmazdır, deyə, məruzədə bildirilir.

"2012-ci ildə sanksiyaların sərtləşdirilməsi İranın neft ixracının kəskin azalması və iki il mənfi dinamikaya səbəb olduğu kimi, sanksiyaların götürülməsi ixracı sürətləndirəcək və iqtisadiyyatı canlandıracaq”, - deyə, DB-nin Yaxın Şərq və Şimali Afrika üzrə maliyyə institutunun baş iqtisadçısı Şanta Devarayan bildirib.

Sanksiyaların ləğvi həmçinin İslam respublikasının ticarət həcmlərini artıracaq və təxminən 17 mlrd. dollara çatacaq. İranın əsas ticarət tərəfdaşlarının Böyük Britaniya, Hindistan, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı olacağı güman edilir. Dünya Bankının proqnozlarına əsasən, xarici investisiyaların həcmi ildə 3 mlrd. dollaradək artacaq.

"2015-ci ilin aprelində çərçivə sazişinin imzalanması ilə beynəlxalq şirkətlərin İrana, xüsusilə də bu ölkənin neft-qaz sektoruna sərmayə yatırmağa artan marağını müşahidə edirik.

Sanksiyaların götürülməsi ilə bu tendensiyanın sürtələnəcəyi və beləliklə də, zəruri kapitalla ölkənin neft sektorunda yenilənməni təmin edəcəyi ehtimal olunur”, - deyə, DB-nin Yaxın Şərq və Şimali Afrika üzrə iqtisadçısı Lili Möttəki bildirib.

Yekun nəticədə sanksiyaların götürülməsi İranın iqtisadi artımını kəskin sürətləndirəcək. Dünya Bankı iqtisadçılarının hesablamalarıan görə, 2016-cı ildə İranın ÜDM-i 5% artacaq.