Neftin ucuzlaşması davam edir

London birjasında Brend markalı neftin qiyməti 83 dollardan ucuz satılıb. Son 3 ayda Drend markalı neftin qiyməti 24% ucuzlaşaraq 108,77 dollardan 83 dollara düşüb. Noyabrın 27-də Viyanada OPEK ölkələri xarici işlər nazirlərinin görüşündə neftin qiymətinin 100 dollara qaldırılması üçün hasilatın azaldılması məsələsinə baxılacaq.

Öz növbəsində Küveyt OPEK ölkələrinin hasilatı azaltmasında ehtiyac görmür və neftin qiymətinin 76 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.