ABŞ-İran anlaşması

ABŞ və İran arasında əldə edilən razılaşma liderlərin elektron imzaları ilə rəsmiləşdirilib. Belə ki, ABŞ-İran müharibəsinə son qoymağı hədəfləyən 14 maddəlik razılaşma dünən gecə elektron şəkildə imzalanıb. Saziş prezidentlər Tramp və Pezeşkian tərəfindən imzalanıb.

“Axios”un məlumatına görə, Tramp G7 sammiti üçün getdiyi Fransanın Versal Sarayında Fransa prezidenti Makronla şam yeməyi zamanı razılaşmanın surətini imzalayıb. Ağ Ev də razılaşmanın imzalandığını təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də razılaşmanın elektron formatda hazırlanması və hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanması barədə razılığa gəlindiyini açıqlayıb. Bekayi İsveçrədə imzalanma mərasiminin olmayacağını bildirib.

Razılaşma layihəsində İranın nüvə proqramını necə məhdudlaşdırmaq kimi ən çətin məsələlər yekun razılaşmaya saxlanıb. Sənəddə bildirilir ki, tərəflər 60 gün ərzində hərtərəfli razılaşmaya nail olmaq üçün İsveçrədə danışıqlara başlamağı planlaşdırırlar.

Açıqlanan 14 maddəlik razılaşma aşağıdakı bəndlərdən ibarətdir:

1. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını bəyan etmək, bundan sonra bir-birinə qarşı heç bir müharibə və ya hərbi əməliyyat başlatmamaq barədə öhdəlik götürmək, bir-birinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinmək və Livanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək məqsədilə bu anlaşma memorandumunu imzalayırlar. Yekun razılaşma Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların birdəfəlik dayandırılmasını və bu bəndin digər müddəalarını təsdiqləyəcək.

2. ABŞ və İran İslam Respublikası bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və bir-birinin daxili işlərinə qarışmamağa öhdəlik götürürlər.

3. ABŞ və İran İslam Respublikası maksimum 60 gün ərzində razılaşmanı müzakirə edib yekunlaşdırmağa öhdəlik götürürlər. Bu müddət qarşılıqlı razılıqla uzadıla bilər.

4. Bu anlaşma memorandumunun imzalanmasından dərhal sonra ABŞ İran İslam Respublikasına qarşı dəniz blokadasını və hər hansı məhdudiyyət və ya maneələri aradan qaldırmağa başlayacaq və 30 gün ərzində dəniz blokadasını tamamilə dayandıracaq. Bu dövrdə gəmi daşımaları İran İslam Respublikası tərəfindən yenidən qurulmuş müharibədən əvvəlki daşıma həcminə mütənasib olacaq. ABŞ həmçinin yekun razılaşmanın imzalanmasından sonrakı 30 gün ərzində İran İslam Respublikasının sərhədləri yaxınlığından qüvvələrini çıxarmağı öhdəsinə götürür.

5. Bu anlaşma memorandumunun imzalanmasından sonra İran İslam Respublikası ticarət gəmilərinin Fars körfəzindən Oman körfəzinə və əksinə cəmi 60 gün müddətində sərbəst və təhlükəsiz şəkildə keçə bilməsi üçün bütün lazımi tədbirləri görəcək və səy göstərəcək. Kommersiya gəmilərinin hərəkəti dərhal başlayacaq və bu tənzimləmələr İran İslam Respublikasının texniki və hərbi maneələrin aradan qaldırılması və minaların təmizlənməsi ehtiyacı nəzərə alınmaqla 30 gün ərzində qüvvəyə minəcək. Kommersiya gəmilərinin hərəkəti dərhal başlayacaq və bu tənzimləmələr İran İslam Respublikasının texniki və hərbi maneələrin aradan qaldırılması və minaların təmizlənməsi ehtiyacı nəzərə alınmaqla 30 gün ərzində qüvvəyə minəcək. İran İslam Respublikası, tətbiq olunan beynəlxalq hüquq və Hörmüz boğazı sahil dövlətlərinin suveren hüquqları çərçivəsində digər Fars körfəzi dövlətləri ilə məsləhətləşmələr apararaq Hörmüz boğazında gələcək idarəetməni və dəniz xidmətlərini müəyyən etmək üçün Oman Sultanlığı ilə dialoq quracaq.

6. ABŞ regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard ABŞ dolları məbləğində qəti və qarşılıqlı razılaşdırılmış bir plan hazırlamağı öhdəlik götürür. Bu planın həyata keçirilməsi mexanizmi 60 gün ərzində imzalanacaq yekun razılaşmanın bir hissəsi olaraq dəqiqləşdiriləcək. Müvafiq maliyyə əməliyyatları üçün tələb olunan bütün lisenziyalar, istisnalar və icazələr ABŞ tərəfindən veriləcək.

7. ABŞ yekun razılaşmanın bir hissəsi olaraq, razılaşdırılmış cədvələ uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin qətnamələrini və ilkin və ikinci dərəcəli sanksiyalar da daxil olmaqla, bütün birtərəfli ABŞ sanksiyalarını ləğv etməyi öhdəsinə götürür. İran İslam Respublikası və ABŞ yuxarıda qeyd olunan sanksiyaların ləğvinin vacibliyini qəbul edir və qarşılıqlı razılığa gəlmək məqsədilə bu məsələləri danışıqlarda dərhal həll etmək niyyətində olduqlarını bildirirlər.

8. İran İslam Respublikası nüvə silahı əldə etməyəcəyini və ya inkişaf etdirməyəcəyini bir daha təsdiqləyir. ABŞ və İran İslam Respublikası, yeddinci abzasda göstərilən cədvələ uyğun olaraq, qarşılıqlı razılaşdırılmış mexanizm çərçivəsində, MAQATE nəzarəti altında yerində durulaşdırma yolu ilə zənginləşdirilmiş material ehtiyatlarının məhv edilməsi məsələsini həll etmək barədə razılığa gəliblər. Tərəflər həmçinin yekun razılaşmada əldə ediləcək qənaətbəxş bir çərçivə əsasında zənginləşdirmə məsələsini və İran İslam Respublikasının nüvə ehtiyacları ilə bağlı digər qarşılıqlı razılaşdırılmış məsələləri müzakirə etmək barədə razılığa gəliblər. Yekun razılaşma bu bəndin müddəalarını təsdiqləyəcək və İran İslam Respublikası yuxarıda qeyd olunan nüvə məsələlərinin həyati əhəmiyyətini qəbul edəcək. Tərəflər bu məsələlər üzrə qarşılıqlı razılığa gəlmək məqsədilə danışıqlarda bu mövzuları tez bir zamanda həll etmək niyyətində olduqlarını bildirirlər.

9. Yekun razılaşma imzalanana qədər ABŞ və İran İslam Respublikası mövcud vəziyyəti qorumaq barədə razılığa gəlirlər. İran İslam Respublikası nüvə proqramını mövcud vəziyyətdə qoruyub saxlayacaq, ABŞ isə heç bir yeni sanksiya tətbiq etməyəcək və bölgəyə əlavə qoşun yerləşdirməyəcək.

10. ABŞ, bu anlaşma memorandumunun imzalanmasından dərhal sonra və sanksiyalar ləğv edilənə qədər ABŞ Maliyyə Nazirliyi tərəfindən İran xam neftinin, neft məhsullarının və törəmələrinin ixracına, eləcə də bankçılıq, sığorta, nəqliyyat və s. daxil olmaqla bütün əlaqəli xidmətlərə güzəştlər ediləcəyinə öhdəlik götürür.

11. ABŞ bu anlaşma memorandumunun qüvvəyə minməsi ilə İran İslam Respublikasına məxsus dondurulmuş və ya məhdudlaşdırılmış vəsait və aktivləri tamamilə azad etməyi öhdəsinə götürür. ABŞ və İran İslam Respublikası danışıqlar zamanı bu vəsaitlərin azad olunması prosedurları barədə qarşılıqlı razılığa gələcəklər. Əsas hesabdan və ya pul köçürməsi yolu ilə əldə edilən bu vəsaitlər İran İslam Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilən son benefisiara ödənişlər üçün tam şəkildə əlçatan olacaq. ABŞ buna uyğun olaraq bütün zəruri lisenziya və icazələri müvafiq olaraq verməyi öhdəsinə götürür.

12. ABŞ və İran İslam Respublikası bu anlaşma memorandumunun uğurla həyata keçirilməsini və gələcəkdə yekun razılaşmaya riayət olunmasını izləmək üçün icra mexanizmi yaratmaq barədə razılığa gəliblər.

13. Bu anlaşma memorandumunun imzalanmasından sonra, anlaşmanın 1, 4, 5, 10 və 11-ci bəndlərinin tətbiqinə başlanması və bunların həyata keçirilməsi şərti ilə, ABŞ və İran İslam Respublikası yekun razılaşmanın qalan bəndləri üzrə danışıqlara başlayacaqlar.

14. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənəcək.

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra Amerika və İran arasında barışmaz bir düşmənçilik başlayıb. Tərəflər aeasında iki dəfər də müharibə olub. Biri ötən ilin iyun ayında baş verən 12 günlük müharibə, digəri isə bu ilin fevral ayının 28-dən başlayan 107 günlük savaş. Beləliklə, 119 günlük müharibə aparıblar. İyunun 18-də elektron şəkildə imzalanan sazişlə tərəflər arasında 79-cu ildən davam edən düşmənçiliyə son qoyuldu.