Norveç Rusiya Prezidenti Vladimir Putinlə yeni telefon danışığının keçirilməsi ilə bağlı müraciət etməyib.
Millet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Qeyd edək ki, bir gün əvvəl Norveçin Baş naziri Yonas Qar Störe Vladimir Putinlə yenidən telefon danışığı apara biləcəyini istisna etməyib.
Tərəflər arasında əvvəlki telefon danışığı oktyabrın 27-də baş tutub. Danışıqda Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak edib.
Söhbət zamanı Baltik dənizində təhlükəsizlik məsələləri və Ukraynada davam edən müharibə ilə bağlı vəziyyət müzakirə olunub.