Putin Modi və Si Cinpinin Ukrayna münaqişəsinin həlli ilə bağlı səylərini alqışlayıb

Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpin və Hindistanın Baş naziri Narendra Modinin Ukrayna münaqişəsinin həllinə töhfə vermək səylərini müsbət qiymətləndirib.

 

Millet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskovun sözlərinə görə, həm Si Cinpin, həm də Narendra Modi Yeni Dehlidə keçirdikləri təmaslar zamanı Ukrayna məsələsinə böyük maraq göstəriblər.

O bildirib ki, Çin və Hindistan liderləri zərurət yaranacağı təqdirdə sülh prosesinə töhfə verməyə hazır olduqlarını ifadə ediblər.

“Bu, Prezident Putin tərəfindən çox müsbət qarşılanıb”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Dmitri Peskov bundan əvvəl Narendra Modi və Si Cinpinin BRICS sammiti çərçivəsində Vladimir Putinə Ukrayna münaqişəsinin həllində fəal şəkildə kömək təklif etdiklərini bildirib.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti görüş zamanı tərəfdaşlarına Ukraynadakı vəziyyətlə bağlı ətraflı məlumat verib.