Ölkəmiz gələn il də MDB məkanında autsayderlər siyahısından çıxa bilməyəcək.
AYİB-in proqnozuna görə 2020-ci ildə Azərbaycanda iqtisadi artım tempi aşağı düşəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu gün açıqladığı regional iqtisadi perspektivlər hesabatında Azərbaycanda gələn il üçün gözlənilən iqtisadi artım tempini 2,4 faiz proqnozlaşdırıb. Bu göstərici İqtisadiyyat Nazirliyinin bu günlərdə prezidentin tapşırığı ilə düzəliş etdiyi proqnozla müqayisədə 0,6 faizbəndi aşağıdır. Belə ki, Azərbaycan hökümətinin proqnozuna görə növbəti ildə iqtisadi artım tempi 3,0 faiz təşkil edəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Daha əvvəl hökumət gələn il üçün ÜDM-nin artımını 2,4 faiz səviyyəsində proqnozlaşdırmışdı.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-nin artımı 2,5 faiz, qeyri-neft sektoru üzrə artım 3,5 faiz olub. Bu ilin sonuna iqtisadi artım 2,8 faiz gözlənilir. Bu isə o deməkdir ki, gələn iqtisadi artım tempi bu ilkindən aşağı olacaq. Beləliklə də Azərbaycan MDB məkanında autsayderlər sırasından çıxa bilməyəcək. MDB dövlətləri ilə müqayisəli vəziyyət cədvəl formasında təqdim olunur. Baxın görün necə inkişaf edirik.