Ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artıb

Son illərdə kəşf olunmuş yataqlar hesabına ölkənin qızıl ehtiyatları 2 dəfədən çox artıb.

Bunu YAP-ın saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O qeyd edib ki, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunub: "Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınıb ki, onlardan 253 yataq, o cümlədən 18 filiz, 55 qeyri-filiz, 179 inşaat materialları yataqları və 1 yeraltı şirin su yatağı məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra qeydiyyata alınıb.

Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir".