30 növlük ərzaq malları səbətində 28 məhsul bahalanıb - qoyun əti
(+5,2%), qarabaşaq (+42,2%), quş içalatı (+7,1%), quş əti (+3,7%),
qənd (+7%), un (+16,4%), düyü (+18,3), süd (+16%), peçenye (+23,8%),
xiyar (+25%), kərə yağı (4,7%), marqarin (+10%), ağ pendir (+9%),
pomidor (+20%), günəbaxan yağı (+4).
Təkcə yumurta (-10%) və ət (-7,7%) ucuzlaşıb.
Yay deflyasiyasından sonra fevralda yenidən bahalanma başlayıb.
Şübhəsiz, fevralın yekununa AMB-nin 21 fevralda manatın 33%
devalvasiyası qərarı da təsir edib.
Martın ilk günləri qiymətlər bahalanır və ərzaq növlərinin də
qiymətləri qalxır. Azərbaycanın ərzaq və qida xammalı idxalından
asılılığı 60%-dir.