Bu
il, 1993-ün 4 iyun hadisələri haqqında əvvəlki illərdən çox danışıldı,
həm də lap çox. Hətta, hələ də bu danışmalar bitmiyib. Əslində, elə
bəndənizin bu yazısını da o qəbildən olan bir yazı kimi qəbul edənlər
olacaq. Olacaqsa olsun, amma bu bir yazı da deyil, AXC-Müsavat
hakimiyyətinin bir neçə aylıq baş naziri olmuş Pənah Hüseynin məşhur
"CİNAYƏTİMİZ MƏĞLUBİYYƏTİMİZDİR” məqaləsindən sitat kimi götürdüyüm bir
bölüm və bu bölümdən doğan bir neçə ritorik sualdan ibarət subyektiv
düşüncələrimdi.
Baxın, adına birilərinin usanmadan "MİLLİ” dedikləri hakimiyyətin baş naziri nə deyir, daha doğrusu, nə yazır:
Elçibəy - pənah hüseyn"Yeri gəlmişkən, S.Hüseynovun güya məhz bizim dövrümüzdə təbliğ olunub qüvvəyə çevrilməsi, yüksək vəzifələr tutması barədəki ittihamlara toxunmaq istəyirəm. Bu ittihamları tam şəkildə inkar etmək mümkün deyil, bu iradlarda müəyyən həqiqətlər var. Məsələn, S.Hüseynova Milli Qəhrəman adı verilməsinə necə haqq qazandırmaq olar? Mən əvvəllər bu barədə yazmışam. Onu əlavə etmək istəyirəm ki, aparat həmin təqdimatı rədd etdikdən sonra (bu barədə R.Qazıyevə mən o vaxt hazırlanan və geniş təbliğ olunan hərbi paraddan bir gün əvvəl qəti cavab vermişdim) R.Qazıyev Prezidentin yanına getmiş və paradı pozacağı ilə onu şantaj edərək fərmanı imzalatmışdı. S.Hüseynovun Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi və Baş nazirin müavini təyin olunması məsələsinə gəldikdə isə burda bizim güddüyümüz əsas məqsəd R.Qazıyevi Müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq üçün profilaktik tədbir olub. Ümumiyyətlə, Rəhim Qazıyev iyunun (1992) əvvəlində vəzifədən çıxarılmalı idi. Lakin Ağdərə ətrafında bizim qoşunların uğurlu əməliyyatları Prezidenti bu addımdan çəkindirdi: Ağdərə əməliyyatının müəmmalı yarımçıq Rəhim Qaziyev-Elçibəydayandırılması yenidən bu məsələni gündəliyə çıxardı. Ancaq nəzərə almaq lazımdır ki, həmin əməliyyatdan sonra R.Qazıyevin cəmiyyətdə nüfuzu xeyli artmışdı. İyunun sonu, avqust aylarında kəşfiyyat və hərbi əkskəşfiyyat məlumatlarında R.Qazıyevin ruslar tərəfindən hərbi çevrilişə təhrik edildiyi barədə müntəzəm məlumatlar daxil olurdu. Ağdərə ətrafında uğursuzluqlardan sonra Prezident yenidən onun istefasına meylləndi. Lakin aydınlaşdırıldı ki, R.Qazıyev bu təqdirdə S.Hüseynovun şəxsən ona tabe olan qüvvələrindən istifadə edə bilər. Ümumiyyətlə, artıq həmin dövrdə S.Hüseynovun bölgədəki real gücü haqqında məlumatlar toplanmağa başlamışdı. S.Hüseynovun Prezidentin yanına çağırılaraq ona həmin vəzifə təklif olunan günün səhəri R.Qazıyevin istefa fərmanı verilməli idi. Hətta həmin hadisədən sonra S.Hüseynovun Müdafiə naziri təyin olunması barədəki şayiələrin məqsədi R.Qazıyevlə onun bağlılığını laxlatmaq və istefa fərmanını (R.Qazıyevin) imzalatdırmaq ümidi ilə bağlı idi və deyim ki, bu iş nəticəsiz deyildi. Nədənsə Prezident son anda tərəddüd etdi. R.Qazıyevin rus hərbi rəhbərliyi ilə əlaqələrindən istifadə olunması xatirinə Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə Surət Huseynovməşğul olmağa başlamağa məcbur olduq.”
Baxdınızmı? Oysa mən bu yazılanlara, daha doğrusu, Pənah bəyin bu dediklərinə şərti olaraq
"BAŞ NAZİRİN GÜCÜ ÇATMAYAN ETİRAFLARI”
adını qoydum. Niyə belə düşünməmin səbəbləri haqda heç nə deməyəcəm, çünki indi deyəcəklərim, zatən, kəndimə məxsus olan subyektiv düşüncələrin məhsuludu və bu düşüncələrlə razılaşıb-razılaşmamaq hər kəsin şəxsi işidi. Deyəcəklərim isə, əslində
"PƏNAH HÜSEYNƏ BİR NEÇƏ RİTORİK SUAL”
olacaq, o qədər. Amma bu suallara kimsənin, o cümlədən də Pənah bəyin ozünün cavab verib-verməmək mükəlləfliyi də yoxdu. Amma düşünməyi hələ yadörğamamış insanlardan , bu sualların üzərində və ətrafinda düşünməyi rica etmək zorundayam. Əks təqdirdə bu yazıni nə yazmağa, nə də oxumağa vaxt səf etməyə dəyir.
Beləkiklə, vaxtınızı çox almadan, öz suallarımı da verim, bitsin bu iş:
1-ci sual:
Pənan bəy, yenicə qurulmuş dövlətin, hələ quruımamışdan ədalətsiz və qeyri-bərabər müharibəyə cəlb olunmuş bir ölkənin başında duranların, müdafiə naziri kimi strateji postunu tutan bir şəxsin arxasından bu cür intriqalar həyata keçirmək cəhdi hansı zərurətdən doğurdu və naziri fərman verib işdən çıxarmaq gücünüz və iradəniz yox idisə, niyə özünüz istefa verib getmirdiniz?!!
2-ci sual:
Qurub sonradan idarə edə bilmədiyiniz bu intriqanın (Allah bilir, bu, "MLLİ” hakimiyyətdə təmsil olunan kişilərin qurduqları tək intriqa idimi və kim bilir o bir ildə daha neçə bu cür intriqalara rəvac verilib? – S.Ə.) müəllifləri (suç ortağı da demək olar – S.Ə.) kimlər idi?!!
3-cü sual
Sarayda oynanılan və ehtirasların kəlləçarxa çıxdığı bu oyunlardan, belə namərdcəsinə toxunan intriqa torlarından prezidentin (Əbülfəz Elçibəyin) xəbəri var idimi?!!
4-cü sual
Surət Hüseynovun məhz Rəhim Qazıyevə qarşı oynadılacaq fiqur kimi yüksək postlara gətirilərək, böyük səlahiyyətlərə sahib edilməsi prezidentlə (Əbülfəz Elçibəylə) razılaşdırılmışdımı?!!
5-ci sual:
Surən Hüseynova o boyda vəzifələri verən sizlər, onun Milli Qəhrəman adını almasına niyə qarşı çıxırdınız və bu, Surətin özünə də müvəqqəti füqur kimi baxmanız anlamına gəlirmi?!! Yəni, məqsədiniz, əvvəl Surətin əli ilə Rəhimi neytrallaşdırmaq, sonra da növbəti intriqalarda onun qurbanlıq etmək idimi?!!
6-cı sual:
"Rəhim Qazıyev prezidenti (Əbülfəz Elçibəyi) şantaj edərək sənədə qol çəkdirdi” sözlərinin nə demək olduğunun fərqibdəsinizmi və Əbulfəz bəy doğrudanmı şantaja boyun əyəcək bir insan, bir prezident və nəhayət, bir kişiydi?!! (Allah xatirinə, bircə onu deməyin ki, Bəy bunu da humanisslik xatirinə eləmişdi – S.Ə.)
7-ci sual:
Bilmirəm, bütün bu dedilkərinizin hansı anlama gəldiyini və "MİLLİ” hakimiyyəti də, prezident Əbülfəz Elçibəyi də, bir neçə ay başçılıq etdiyiniz hökuməti də kənardan nə qədər rəzil, əfəl və maymaq göstərdiyini anlıyırsınızmı?!! Amma o "MİLLİ”hakimiyyətin də, hökumətin də canı cəhənnəm, fəqət, Əbülfəz Elçibəyin, bütün doğruları və yanlışları ilə, Azərbaycan tarixində oynadığı rola rəğmən, onu belə rəzalət girdabına batırmaqda məqsədiniz nədir?!!
Əslində bu balaca mətndən doğan sualların sayı, ən azı ordakı cümlələrin iki misli qədər də ola bilərdi. Amma hələlik deyəcəklərim bu qədərdi. Son olaraq isə, yenədə ritorik olaraq vir atalar sözünü xatırlatmaq zərurəti hiss etdim :
"BAŞQASINA QUYU QAZANDA, GEN QAZIN Kİ, BİRDƏN ÖZÜNÜZ O QUYUYA DÜŞƏ BİLƏRSİNİZ”.
Pənah bəy və onun "MİLLİ” hakimiyətdəki intriqadaşları (suç ortaqları – S.Ə.) yəqin ki, bunu anlıyıblar, ama onlar bunu anlayanda artıq gec idi, həm də çox gec. Və özlərinin qazdıqları dar quyuda hərəkət etmək, manevr eləmək, yeni intriqa torları qurmaq imkanı yox idi. Elə Pənah Heseynin sözü gedən məşhur məqaləsinə verdiyi
"CİNAYƏTİMİZ MƏĞLUBİYYƏTİMİZDİR”
başlığı da bunun gecikmiş etirafı idi. Bilmirəm, kiminsə diqqətini çəkdimi, amma o məqalənin sizlərə təqdim etdiyim bölümündə də, acı bir etiraf var. Pnah bəy ürək ağrısı ilə görün nə deyir:
"… Prezidentin ona dözəcəyi məlum olduqdan sonra üstəlik Surət probleminin həlli ilə məşğul olmağa başlamağa məcbur olduq.”
Sərdar Əlibəyli