Qardaş- həm də siyasi gücdür

Qardaş həmişə yanındayam. (belə deyiblər)

İnsana arxadır qardaş. Dar günün, ağır dərdin –yanında çəkənindir qardaş.

Səhvini , düzünü üzünə deyəndir qardaş. Sən olmayanda ailəyə, el-obaya dayaqdı qardaş. Qardaş –daş kimi möhkəm, qar kimi təmiz , işıqlı, soyuq-yəni təmkinli, bərəkətdir. Qardaş sözündən gileyindən , dərdindən , sevincindən ancaq düşünmək lazımdı. Sənin üçün deyir. Çətinlikdən nə cür çıxmaq lazım olduğunu deyir. Kin-küdurət qardaşa yaramaz. Kin-küdurət sənə, ailənə, vətənə və müstəqil dövlətçiliyimizə ziyandır, faciədir.

Qardaş məhfumu həm də, qız qardaşlarımıza aiddir. Həqiqətən də aslanın erkəyi, dişisi olmaz.

Bu gün müstəqil dövlətçiliyimiz naminə hamımıza qardaş qardaşlıq fəaliyyətimiz lazımdır.

Hakimiyyət müxalifət sözünü qardaşın çatışmayan cəhətləri ortaya qoyan və həmin problemin həlli yollarını başa düşdüyü kimi deyən arxa kimi qəbul etməlidir. Gəlin- müxalifət sözünü qardaş sözü ilə əvəz edək. O zaman qardaş, milli ideologiyamızın ən əsas aparıcı sütunlarından biri hesab olunardı.

Təbii ki, qardaş da qardaş olmalıdır. Təhqirlərə yer verməməlidir. Qıraqdan yox–daxildən güc olmalıdır.

Siyasətdə belə qardaşlığın problemləri birgə çözməyini əhalidə görməlidir. Bu isə artıq ölkə daxilində birliyin həm də siyasi cəhətdən baş tutduğunun göstəricisidir. Xaricdə isə əks qüvvələrin gözünə yeridilmiş qızdırılmış xəncər kimi gücdür.

Belə münasibətlərə kim, hansı qüvvələr mane olur? Belələri ancaq Müstəqil Azərbaycanın düşmənləridir. Torpağımızın işğaldan azad olunmasında cəmi qardaşların , qardaşlarımızın mütləq və ancaq bir yerdə olmasına yüz faiz inanıram. 62 yaşlı mən də sizlərin yanındayam. Əmr Ali Baş Komandanındır-Əmrə hazıram.

Aydın Əliyev

Tibb üzrə fəlsəfə doktoru , dosent