Manatın birdən-birə kəskin dəyərdən
düşməsindən ciddi probləmlər ortaya çıxdı. Əhali banklarda dollarla
kreditə kreditə görə müəyyən məbləğdə uduzdu və əlavə xərcə dusdu.
Ölkədə balaşma yaranmağa başladı. Amma bu qədər narazılıq fonunda
müxalifət hər hansı bir proses yarada bilmədi. Narazılığı
istiqamətləndirərək siyasi aktivliyi artıra bilmədi.
Bu
və ya digər məqamlarla bağlı Mia.az-a açıqlalma verən politoloq Əli
Orucov deyib ki, hökümətin yürütdüyü pul-kredit siyasətinin fəsadları
getdikcə daha çox özünü hiss etdirəcək:
"Xüsusən
də, əhalinin az təminatlı təbəqəsi bundan daha çox əziyyət çəkəcək.
Hökumət nə qədər vədlər versə də, infilyasiyanın iki rəqəmli olacağına
şübhə edilmir. Bu isə ölkədə ciddi sosial börharını təhlükəli həddə
çatacağından xəbər verir. Əhali təkcə banklardan ziyana düşmədi, həm də
bankların amansız istismarına məruz qaldı. İqtidar xalqı yenə də
aldatdı, onun son tikəsini də əlindən alma yolunu tutdu. Onsuz da
daxildə ciddi gərginliklər və radikallaşma artan xətlə inkişaf etməkdə
idi. Müxalifətin bu narazlıqlardan proseslər yarada bilməməsinin
səbəblərinə gəlincə isə, onu deməliyəm ki, müxalifət bu gün öz daxili
problemlərinin həlli ilə məşğuldur. Eyni zamanda əhalinin də bu
müxalifətə o qədər inanmadığı və ona güvənmədiyi də şərtlər
daxilindədir.
Təəssüflə onu da qeyd edim ki,
müxalifət iqtidarla konfrantasiyaya getmək həvəsində deyil. Əvvəlki
illərdən fərqli olaraq gücsüz duruma düşürülən müxalifət daha çox
hakimiyyətdən pay qopracağına və hansısa kompromis əldə edəcəyinə ümid
edir. Ona görə də əvvəlki ritorika da yoxdur, əvvəlki tələblər də.
Lokanik desək, iqtidarın xoşuna gəlmək və gözünə girmək bəhsinə
düşüblər. Siz özünüz də müşahidə aparsanız görərsiniz ki, müxalifətin
düşərgəsi "yumşaq və nəzarət olunan demokratiya” xəttini götürüb və
iqtidara hansısa qarşıdurmaya gedib münsibətlərinin korlanacağın
arzulamır.
Bu da ondan xəbər verir ki, müxalifət partiyalarının
əksəriyyəti xalqın deyil, korporotiv maraqların, şəxsi çıxarların təmin
edilməsinə çalışır. Amma böhran və sosial partlayış həddi iqtidarla
yanaşı, indiki "əl və ələbaxan müxalifət”i də vuracaq. Çünki yeni
hərakat, yeni proses özünün yeni liderlərini və başçılarını meydana
çıxarır. Pis halda isə qəzəbli kütlənin qarşısında heç kəs dürüş gətirə
bilməyəcək və bu kütlə qarşısına çıxacaq hər şeyi tapdalayıb keçəcək. Bu
isə arzuolunmaz haldır”.