Yanvarın 15-də Qubada bir qrup sakin qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya keçirib. Aksiyaçılar işsizlikdən əziyyət çəkdiklərini, bank kreditlərini ödəyə bimədiklərini, ünvanlı sosial yardım ala bilmədiklərini bildiriblər. Yerli icra başçısı və müavinləri aksiyaçıları dinləyəndən sonra onlardan dağılışmağı istəyib.
Azadlıq Radiosu müxbirinin Qubadan verdiyi məlumata görə camaat mərkəzdəki "Köhnə avtovağzal” deyilən yerə toplaşıb.
Camaatın qarşısına çıxan İcra başçısı onların qəbul ediləcəyi və problemlərin həllinə çalışacaqlarını vəd edib.
Amma aksiyaçılar buna məhəl qoymayıb və Quba-Bakı yolunu bağlamağa cəhd göstəriblər.
Əraziyə cəlb edilən daxili qoşunlar su şırnağı və gözyaşardıcı qazla camaatı dağıdıb.
Küçələrə daxili qoşunlar nəzarət etməyə başlayıb.
"Etirazçıları "dubinka” ilə döydülər. Halbuki, onlar polisə müqavimət göstərmirdilər, sadəcə olaraq, öz hüquqlarından istifadə edərək aksiya keçirirdilər. Amma polis "dubinka”, su şırnağı və gözyaşardıcı qazdan istifadə etdi”. Bunları Azadlıq Radiosuna adının çəkilməsini istəməyən rayon sakini deyib.
Daxili Qoşunlar ərazidə qalmaqda davam edir. Həbs olunanlar var, amma onların dəqiq sayı bəlli deyil.