Rusiyaya qaz tədarükü bərpa olunacaq

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2015-ci ildən etibarən Rusiyaya qaz tədarükünü bərpa edəcək.

Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib.

"Hazırda müvafiq təmir işləri aparılır. Böyük ehtimalla, növbəti ildən etibarən Rusiyaya qaz tədarükünü bərpa edəcəyik”, - deyə R. Abdullayev bildirib.

Xatırladaq ki, ARDNŞ Rusiyaya qaz tədarükünü bu ilin avqust ayında dayandırıb. Tədarükün dayandırılmasına Bakı-Quba-Rusiya sərhəd yolu avtomobil yolunda və qaz nəqli infrastrukturunda aparılan tikinti və texniki işlər səbəb olub./APA/