"Elə nazirliklər var ki, onların aparatında çalışan işçilərin sayı 10 icra hakimiyyətində çalışanların ümumi sayından çoxdur. Hesablama Palatası şişirdilmiş aparatlarla bağlı araşdırma aparmalıdır. Yaxud baxırsan hamı aparat rəhbəri təyin edir. Onda müavinin funksiyası harda qaldı?”
Komitə sədri Siyavuş Novruzov bu fikirləri Milli Məclisdəki çıxışında söylədi. O bildirdi ki, cənab Prezident, Birinci vitse-prezident əhali ilə mütəmadi görüşlər keçirir, onların problemlərini dinləyir, müvafiq addımlar atırlar. Lakin əksər məmurlar xalqın içərisinə çıxmırlar.
"Hər bir nazirliyin mətbuat xitməti ola bilməz” - deyən S.Novruzov digər məsələyə də toxundu: "Baxırıq ki, karantin günlərində nazir, komitə rəhbərlərinin əvəzinə, mətbuat xidmətinin rəhbəri xalqa "əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa, gedib otursun evində. Yaxud işləyə bilmirsə, yenə də ərizəsini yazsın, getsin. Ya da vəzifə borcunu cənab prezidentdən öyrənsin, gedib yerinə yetirsin”. Musavat.com