Siyasi partiyaların taleyini hakimiyyət deyil, xalq müəyyənləşdirməlidir

Əli Orucov: "İranın Azərbaycana hərbi təcavüzü intihara bərabər ağılsızlıq olardı..." - "Erməni cəmiyyəti, nəhayət, anlamalıdır ki, Rusiya, İran, Qərb ondan maşa kimi istifadə edir"

Azərbaycanın siyasi gündəmi süstlük kimi dəyərləndirilsə də, əslində, alt qatda ciddi siyasi proseslər gedir.

Mia.az xəbər verir ki, bir tərəfdən "Siyasi partiyalar haqqında" yeni qanun qəbulundan sonra bir-bir siyasi fəlaiyyətinə son verən partiyaların bəyanatları, digər yandan, partiyaların birləşməsi, başqa bir təeəfdən Qarabağ miqtisadi rayonunda yaşanan gərinlik, həmçinin, deputat Fazil Mustafanın evinin qarşısında güllələnməsi, İranın Azərbaycana qarşı arrd-arda təxriba xarakterli fəaliyyətləri diqqətdən qaçmır.

Belə bir həssas məqamda bu və ya digər suallar ətrafında AMİP Mərkəzi Şurasnın üzvü, politoloq Əli Orucovla söhbərləşdik.

Beləliklə, Əli Orucovun Mia.az-a müsahibəsini təqdim edirik:

- Əli bəy, "Siyasi patiyalar haqqqına" yeni qanunun qəbulundan sonra bir çox partiyaların birləşməsi gündəmə gəlib. Artıq mətbuatda bu yöndə informasiyalaırn sayı çoxalıb. Təmsil olunduğunuz AMİP-in belə birləşmələrə münasibəti necədir?

Qəbul olunan "Siyasi partiyalar haqqında qanunu"nun pozitiv tərəfləri ilə yanaşı, neqativ tərəfləri də var və təəssüf ki, ikincisi daha çox üstünlük təşkil edir. Həmin qanunu Venesiya Komissiyasının münasibəti də mənfi oldu. Biz də, Azərbaycanın siyasiləşmiş kəsimi də yeni qanuna müxtəlif forma və səviyyələrdə öz etirazlarını ifadə etdilər. Təəssüf ki, həmişə olduğu kimi, hakimiyyət bütün bu təklif və etirazları nəzərə almadı. Azərbaycanda bu qanunla siyasi partiyaların müstəqil fəaliyyəti və sərbəst qərar vermək imkanları demək olar kı, sıfırlandı.  

Bundan sonra partiyaların total nəzarətə götürülməsi və vahid mərkəzdən idarə edilməsi asanlaşdı. Bu isə öz növbəsində onsuz da bərbad vəziyyətdə olan siyasi institutların perspektivini və cəmiyyətdə az-çox mövcuz olan mövqeyini sarsıtdı.  Yeni siyasi qüvvələrin yaranmasını və formalaşmasını əngələyəcək bir qanunla siyasi rəqabət, siyasi sosiallaşmanı tam aradan qaldıracaq ortama yol açdı. 

Siyasi partiyaların təmərküzləşməsi və birləşməsi ictimaiyyətdən gəlməlidir. Bunu inzibatı yolla həyata keçirmək istənilən effekti verməyəcək.  Ölkədə normal siyasi və seçki mühiti olsa olsa bu proseslər təbii baş verəcək. Hakimiyyət deyil, xalqın özü müəyyənləşdirməlidir ki, siyasi arenada hansı partiya qalsın, hansı qalmasın. Bunu da seçkilərdə öz səsi ilə, öz mövqeyi ilə təyin etməlidir. Təəssüf ki, Azərbaycanda indiyədək normal satandartlara uyğun seçki keçirilmədiyindən, hər bir partiya özünü iddialı və siyasi güc sayır.  Bir sözlə, yeni qanunun qəbulunun siyasi düşərgədə çəki-düzən yaradacağını gözləmirəm. Yenə də gözlər Prezident Administrasiyasına tikiləcək ki, kimlər siyasi meydanda qalacaq, ona qeydiyyata alacaq. Əgər bugünki vəziyyətlə 90 ci illərin sonralarındakını müqayisə etsək, çox böyük fərqlərin olduğunu açıq-aydın görə bilərik. Mərhum Prezident Heydər Əliyev siyasi partiyaların cəmiyyətdə və dövlətdə əhəmiyyətini və yerini çox gözəl bilirdi və bu, onun zəngin, eyni zamanda böyük  siyasi təcrübəsindən qaynaqlanırdı. Odur ki, ölkədə siyasi partiyaların güclü olması, həmin ölkənin gələcəyini də, təhlükəsizliyini də, inkişafını da təminat altına alır.

Məhz bu baxımdan da, AMİP ölkədə sağlam rəqabətin və çoxpartiyalı siyasi sistemin inkişafının tərəfdarı olub. AMİP-in münasibətindən asılı olmayaraq, artıq qanun qəbul edildiyindən, biz də həmin qanun tələblərinə uyğun fəaliyyətimizi qururuq. Məncə, bu qanunun qəbulundan sonra yalnız addan ibarət olan partiyaların çoxu ya YAP-a birləşəcək, ya da fəaliyyətini dayandırmalı olacaq

- Bu günlərdə AMİP sədrinin Pənah Hüseynin sədri olduğu AXP, Tural Abbaslının sədri olduğu AĞ partiya və Elşad Musayevin sədri olduğu Böyük Azərbaycan Partiyası ilə birləşmə üzrə danışıqlar aparması xəbəri yayılıb. Bu, doğrudurmu?

- AMİP, AXP,  Ağ Partiya və Böyük Azərbaycan Partiyasının birləşəcıyi barədə danışıqların aparılması barədə informasiyam yoxdur. Bu qeyri-dəqiq məlumatlardı, məncə. Yuxarıda adlarını çəkdiyimiz partiyalar uzun müddətdir sıx əməkdaşlıq edirlər, məsləhətləşmələr aparırlar, ona görə də bütün bunlar, görünür, belə fikirlərin yaranmasına səbəb olub. Pənah Hüseyn illərdi ki aktiv siyasətdədir, Həmçinin, Elşad Musayev və Tural Abbaslı da. Hər üç siyasi liderin bir çətir altında birləşəcəyini zənn etmirəm.

-  Belə məlumatlar var ki, AMİP-in fəxri lideri Etibar Məmmədovla HƏP sədri Əli İnsanov yaxın perspektivdə bir araya gələrək yeni güc mərkəzi yaradacaqlar. Belə bir görüş təklifi varmı? Ümumiyətlə, Etibar bəy aktiv siyasəıtə qayıtmağı düşünür, yoxsa?

- Siyasi gündəm olmayanda, şaiyələr və təxəyyül məhsulları daha tez yayılır. Çünki ölkədə aktiv siyasi proseslər getmir, cəmiyyət ictimai-siyasi proseslərdə iştirak etmir və s. Belə olan halda siyasi gündəm yaratmaq üçün bu cür üsullara əl atılır. Bu, həm də ondan irəli gəlir ki, ölkədə mövcud olan ciddi problemlərdən və çatışmazlıqlardan diqqət yayındırılsın. 

AMİP lideri Etbar Məmmədovla HƏP sədri Ə.İnsanovun birlikdə güc mərkəzi yaratması barədə deyilənlər də bayaq dediyim kimi, gündəmə hesablanmış  və heç bir əsası olmayan məlumatlardı. Həm Etibar bəy, həm Əli bəy siyasi baxışlarına və keçdikləri siyası yola görə tam fərqli siyasətçilərdi. Onların hər birinin mənsub olduğu partiyaların da siyasi kursları müxtəlifdı. Lakin təcrübəli siyasi liderlərin bir araya gəlməsi və güc mərkəzi formalaşdırması yaxşı olardı. Yəqin siz də hiss edirsiz ki, ölkədə durğunluq var, Azərbaycan getdikcə qapalı bir ölkəyə çevrilir. Bütün sahələrdə total nəzarət var və mən deyərdim ki, siyasətdən tutmuş iqtisadiyyata, vətəndaş cəmiyyəti institutlarına, mediaya və s. yön-yöntəmi mövcud hakimiyyət verir. İndiki durumdan çıxış yollarından biri də məhz hakimiyyətə və  proseslərə təsir göstərə biləcək cəmiyyətin böyük dəstəyini ala bilən siyasi güc mərkəzinin formalaşdırılmasına nail olmaqdı. Düşünürəm ki, Etibar Məmmədovun tezliklə aktiv siyasətə qayıtması üçün zəmin yaradılmalı və xalq bu, böyük və təcrübəli siyasətçinin yenidən fəal siyasətə qayıtmasını təmin və tələb etməlidir.

Etibar Məmmədov kimi dövlət və təcrübəli siyasi xadimin dövlət idarəçiliyindən və aktiv siyasi prosedlərdən kənarda qalması, məncə, böyük itkidir. Onun potensialından, zəngin təcrübəsindən, nüfuzundan və  geniş beynəlxalq əlaqələrindən  yararlanmaq lazımdı.

- Mövzunu dəyişək. Partiya sədri Fazil Mustafa evinin qarşısında güllələndi. DTX bunun terror aktı olduğunu açıqlayıb, XİN isə terror izinin İrana uzandığına işarə vurub. Siz necə düşünürsünüz, bu terrorla Azərbaycana hansı mesaj vemək istəyiblər?

- Böyük Quruluş Partiyasının sədri,  Millət vəkili Fazil Mustafanın evin qabağına gülləbaran edilməsi Azərbaycanın təhlükəli bir dönəmə sürükləndiyinin işartılarıdır. Təxribatın arxasında İranın molla rejimin durduğu zatən təxmin edilirdi. İranın ölkəmizdə çox böyük cəsus şəbəkəsi və uzantıları var. Bunu da bir ilə iki ilə yaratmayıb. On illər ərzində İran Azərbaycandakı savadsızlaşmadan, iqtisadi sosial çətinliklərdən, siyasi meydanın boşluğundan istifadə edərək çirkin niyyətlərini addım-adım gerçəkləşdirib. Şəxsən mən dəfələrlə mətbuatda ölkənin hüquq-mühafizə orqanlarına çağırış etmişəm ki, İranın din pərdəsi altında fəaliyyət göstərən casuslarını aşkar edib zərərsizləşdirin. On illər boyu İranın müxtəlif xeyriyyə təşkilatları Azərbaycandan Məşhədə, Quma, Kərbəlaya gedən zəvvarları, yaxud da orda təhsil alan şəxsləri maliyyələşdirir. Ölkəmizdəki dini ibadət yerlərinə öz adamlarını yerləşdirir. məscidlərdə,  xütbələrdə, dini ayinlərdə və yas mərasimlərində İran üslubu, iranın dini liderləri təbliğ olunurdu.  Buna əhəmiyyət verilmirdi. İran Azərbaycanı həm də narkotika ilə məhv etmək xətti götürüb. 

İranın terroru dəstəkləyən bir ölkə olduğunu nəzərə alaraq, düşünürəm ki, biz çox ehtiyatlı və ayıq-sayıq davranmalı, molla rejimin əlaltılarına qarşı daha sərt mübarizə aparılmalıdır.  Bu gün Fazil Mustafaya atılan güllə sabah başqa tanınmış şəxslərə qarşı da atıla bilər. Fürsətdən istifadə edərək Fazil bəyə "keçmiş olsun" deyirəm və acil şəfa arzulayıram. 

Yeri gəlmişkən deyim ki, AMİP dərhal  bu terror aktını pisləyən və terrorçunun tezliklə tapılıb cəzalandırılması ilə bağlı bəyanat yayıb. Yaxud böyük itkilərlə yol açacaq terror və təxribat ehtimallarını da göz altına amaqla tədbirli olmalıyıq.

- İranın Azərbaycana qarşı davamlı təxribatlarının bölgədə yeni müharibə ocağı yarada bilər?

- Mən İranın Azərbaycana qarşı müharibə edəcəyinə inanmıram. İran, sadəcə təxribatları və hansısa terror aktları ilə Azərbaycanı qorxutmaq istəyir. İranın Azərbaycana hərbi təcavüzü intihara bərabər ağılsızlıq olardı. Ona görə də biz hələ xeyli müddətdə əsəb və təbliğat müharibəsinin şahidi olarıq.  Bayaq da vurğuladığım kimi, İranı xəfifə almağın da tərəfdarı deyiləm. İran çox təhlükəli qonşudur, xüsusən də terror və dini ekstremizmi və radikallığı sahəsində.

- Bir neçə gün əvvəl Azərbaycanın Təl-Əvivdə səfirliyinin rəsmi açılışı oldu. İsrail və Azərbaycanın xarici işlər nazirləri görüşdən sonra keçirdikləri birgə bəyanatda İran təhlükəsi ilə bağlı bəzi fikirləri rəsmi Tehranı qəzəbləndirib. Siz hadisələrin bundan sonrakı gedişini necə proqnozlaşdırırsız?

- Öncədən onu vurğulamaq istərdim ki, Azərbaycanın İsraildə səfirliyinin açılması çox gecikib. Hökumət bunu islam dünyası ilə, xüsusən də İranla münasibətlərinə zərər  gəlməməsi üçün etdiyini deyirdi. Məncə, hakimiyyət İrandan həddindən artıq ehtiyat edirdi ki, hansısa problemlər yaradar. Mən mətbuatda illər uzunu hakimiyyətə səslənirdim ki, heç nədən çəkinmədən İsraildə səfirlik açmaq lazımdır. Çünki İsraillə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq var. İsrail dünyanın ən müasir  elm, texnalogiya, iqtisadi, eləcə də siyasi mərkəzlərindən biridir. Azərbaycan xalqı ilə İsrail xalqını tarixi, mədəni və humanitar tellər bağlayır. israil dövləti Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas dövlətlərdən biridir. Azərbaycan neftinin ən böyük idxalçısı da, Azərbaycana ən böyük silah ixrac edən dövlət də məhz İsraildir.  Bu gün kənd təsərrüfatından tutmuş, tibb, təhsil, elmi, hərbi və müdafiə sənayesinə qədər bütün spektrlərdə İsrailin fəal iştirakı var.  44 günlük müharibədən də biz İsrail dövlətinin hər cür dəstəyini gördük.

Bizə dost və qardaş olan, strateji müttəfiqimiz olan İsraildə səfirliyin gec də olsa, fəaliyyətə başlaması təqdirəlayidir.  Bu məsələnin birinci tərəfi. 

İkincisi, hər bir dövlət öz müttəfiqlərini,  əməkdaşlıq edəcəyi dövləti özü seçir və xarici siyasətini özü müəyyənləşdirir.  Azərbaycan da suveren, müstəqil dövlətdir və heç bir dövlət beynəlxalq hüquqda təsbit edilən normaları məhdudlaşdıra bilməz.  İran gəlin görək Azərbaycana nə verdi. Fanatizm, narkotika, yalançı qardaşlıq, radikal islam...

İşğal olunmuş ərazilərimizdə talançılığı maddi və mənəvi sərvətlərimizi, faydalı ayaqlarımızın amansız istismarını, ekologiyanın məhv edilməsini ermənilər İranla müştərək həyata keçiriblər. 44 günlük müharibədə də Ermənilərə hər cür dəstəyini əsirgəmədi. Hazırda da işğalçı Ermənistanın yanındadı.  Azərbaycana qeyri-dost münasibət sərgiləyir.

Bununla belə Azərbaycan dəfələrlə bəyan edib ki, İsraillə sıx əməkdaşlıq üçüncü dövlətə qarşı yönəlməyib. Rəsmi Bakı heç vaxt rəsmi Tehrana Ermənistanla qardaşlıq və dostluq münasibətlərinə irad bildirməyib. İranın qıcığı və qəzəbi heç cürə başadüşülən deyil. Fikrimcə, molla rejimi Azərbaycana təzyiqlərini bir qədər də artıracaq.  Təxribatlarını davam etdirməkdən o yana gedə bilməyəcək. Azərbaycanın əlində İrana qarşı istifadə edə biləcəyi daha təsirli, daha effektli rıçaqlar var.  Bu faktorların üzərində işlənilməlidir.

- Son günlər Qarabağ bölgəsində də Ermənistanın təxribatları artıb. Buna paralel olaraq ordumuz qətiyyətli davranaraq bir neşə strateji yükəklikləri də nəzarətə götürüb. Bütün bunların konkekstində rəsmi Bakının Qarabağ ermənilərini dəfələrlə danışıqlara dəvət etməsinə baxmayaraq, qarşı tərəfin bundan imtina etməsi, sizcə, nəyə hesablanıb? 

- Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəliklərə və atdığı imzasına əməl etməyib. 2020-ci 10 noyabr üçtərəfli bəyanatını, eləcə də digər müxtəlif görüş və formatlarda əldə edilən razılaşmaları da pozmaqda davam edir. Halbuki, rəsmi Bakı buna sadiqliyini nümayiş etdirib. İndiyədək Azərbaycanın Rusiya silahlı qüvvələrinin nəzarət zonasında olan ərazilərindən hərbi birləşmələrini çıxartmır, Naxçıvanı Azərbaycanın qərb rayonlarını birləşdirən Zəngəzur dəhlizini açmır, sərhədlərin delimitasiya və demarkasiyasını sabotaj edir, silah və şəxsi heyət daşıyıb gətirir, müxtəlif təxribat və təhrikedici hərəkətlər edir.

Belə olan halda da təbii ki, Azərbaycan adekvat cavab da verməlidir. Məncə, rəsmi Bakı yenə də güzəştli və humanist davranışlar sərgiləyir. Bir ölkənin ərazisində qanundankənar silahlı dəstələr mövcuddursa, həmin ölkənin vəzifəsi və hüququdur ki həmin silahlı dəstələri zərərsizləşdirsin.  Mən Azərbaycanın indiyədək buna təhammül etməsini anlaya bilmirəm. Nəzərə almaq lazımdır ki həmin qeyri-qanuni hərbi qüvvələr Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin Azərbaycana inteqrasiyasına imkan vermir. Nə qədər ki, ordakı qanunsuz və cinayətkar ünsürlər çıxarılmayıb, yaxud da zərərsizləşdirilməyib, Xankəndi ilə normal və müsbət nəticəli təmasların qurulması mümkün olmayacaq. Azərbaycan dövlətinin birbaşa vəzifəsidir ki, milliyətindən asılı olmayaraq, öz vətəndaşlarının təhlükəsizliyini qorusun. Onları terrorçu və qanunsuz birləşmələrindən xilas edərək himayə və təminat altına alsın. Ona görə də hesab edirəm ki, prezident İlham Əliyevin dediyi kimi ya Azərbaycanın qanunlarına tabe olub, suveren hüquqlarını tanımalıdırlar, ya da rədd olub getməlidirlər.

- Əli bəy, konkretləşdirsək, bu gün Ermənistan sülh danışıqlaırndan və Xankəndidəki qondarma rejimi isə dialoqdan əsas yayındıran Qərb, Rusiya, yoxsa İrandır?

- Ermənistanı cəsarətləndirən və himayə edən olmasa, rəsmi İrəvanla da, Xankəndindəki ermənilərlə də  dil tapmaq, məncə, mümkündür. Erməni cəmiyyətinin özü də uzun-uzadı  müharibədən, müharibənin vurduğu ağır nəticələrindən, eləcə də hərtərəfli böhrandan bezib. Onlar da özgə torpağında övlad itirmək istəməzlər. Lakin onların əsrlər boyu hakim kəsilmiş xəstə ideologiyası, erməni xisləti, eləcə də başbilənləri, beynəlxalq diaspor və terror təşkilatları imkan vermir ki qonşuları ilə dinc , sülh, dostluq şəraitində yaşasın.

Halbuki indiki narahat və böyük güclərin amansız, qanlı mübarizəsi fonunda Cənubi Qafqaza sülh, əmin amanlıq lazımdır. Erməni cəmiyyəti, nəhayət, anlamalıdır ki, Rusiya, İran, Qərb ondan maşa kimi istifadə edir. Zənnimcə, Ermənistan sülh sazişinin bağlanmasından daha çox bölgədə qüvvələr  balansın xeyirlərinə dəyişməsi önəm daşıyır. Odur ki Qərb, əsasən Fransa-Rusiya-İran üçbucağı içində vurnuxur. Paradoksal haldır ki, bir-birlərinə rəqib hətta düşmən olan paytaxtlar Ermənistan məsələsində mövqe birliyi nümayiş etdirirlər. Ermənistanın da sülh sazişini bağlamasına, münasibətlərin normallaşmasına, həmçinin  Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına da Fransa, İran və Rusiya mane olur. Onların ayrı-ayrılıqda öz maraqları olsa da, hədəf birdir: əlverişli və mühüm geopolitik bölgədə möhkəmlənmək. Ermənistanın da alət kimi istifadə edilməsi, həm onların bir millət kimi xüsusiyyətindən, həm zəifliyindən, həm də düşdüyü ağır durumdan qaynaqlanır.

 

Millət