Sonrakı mərhələlərin də reallığa çevriləcəyinə daha heç kəsdə şübhə yeri qalmır

"Separatçıların yuvasına çevrilmiş Xankəndinin mərkəzində prezident, Ali Baş Komandan tərəfindən Azərbacan dövlət bayrağının ucaldılması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının rəsmi təsdiqi idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, bu, möhtəşəm və tarixi bir hadisədir:

"Azərbaycan cəmiyyətini intizarla gözlədiyi və xəyallarında canlandıırığı Xankəndinə bayraq asılması gerçəkləşdirildi. Bundan sonrakı mərhələlərin də reallığa çevriləcəyinə daha heç kəsdə şübhə yeri qalmır".

AMİP funksioneri daha sonra bunları qeyd edib:

"Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və yürütdüyü siyasət nəinki işğal altında qalan Qazaxın 7 kəndini və Naxçıvanın Kərki kəndini, hətta digər hədəflənən ərazilərin də azad edilməsinə ümidləri artırır. Hesab edirəm ki, addım-addım bütün qarşıya qoyulan məqsədlərə çatmağa nail olunacaq".

Əli Oruclunun sözlərinə görə, Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması üçün bu ərazilərin də qaytarılması əsas şərtlərdən biridir:

"Separatçıların şər yuvasına çevridiyi Xankəndinə üçrəngli ay ulduzlu bayrağımızı ucaldan dəmir yumruq həmin kəndlərin də azad olunmasını təmin edəcəyi heç bir şübhə doğurmur".