Tanınmış iş adamı, Azərbaycan Ali Sovetinin sabiq deputatı Vaqif Musayev vəfat edib

Tanınmış iş adamı, Azərbaycan Ali Sovetinin sabiq deputatı Vaqif Musayev vəfat edib.

 V.Musayev 29 noyabrda 69 yaşında dünyasını dəyişib.

Vaqif Hacı Rəsul oğlu Musayev 1950-ci ildə Lerik rayonunda anadan olub. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub.
1990-1995-ciillərdə Azərbaycan Ali Sovetinin deputatı olub.

1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-cı ildə ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub 1981-ci ci ilin fevral ayından Bakı Qənnadı Məhsulları Kombinatında direktor vəzifələrində işləyib.

1986-88-ciillərdə Taxıl Məhsulları Nazirliyi sistemində rəhbər vəzifələrdə çalışıb. 1989-cu -cu ilin fevral ayından Bakı Tütün Kombinatında, iyul ayından Bakı Mal-qara tədarük emal Elm İstehsalat Birliyində direktor vəzifəsində işləyib.
1993-cü ilin may ayında Azərbaycan Yeyinti Sənayesi Konsernin Prezidenti olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Akademik Yusif Məmmədəliyev” mükafatını alıb. İstehsalat rəhbəri kimi Ümumittifaq Xalq Təsərrüfatı Naliyyətləri Sərgisinin qızıl, gümüş, bürünc mükafatlarına layiq görülüb.

İş adamı siyasi fəaliyyəti zəngin olub. Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərlərindən və AMİP sədri Etibar Məmmədovun müavini olub.

2000-ci ilin parlament seçkilərində V.Musayev AMİP-in proporsional seçki siyahısında Etibar Məmmədovdan sonra ikinci yeri tutub. Amma həmin seçkilərdə AMİP-in tələb olunan 6 faizlik baryeri keçə bilmədiyi elan olunub. Bundan bir müddət sonra V.Musayev Milli İstiqlal Partiyasından uzaqlaşıb. 2005-ci ildə keçirilən parlament seçkilərində uduzduqdan sonra siyasətdə görünməyib.

Allah rəhmət eləsin!