Bir neçə gündür qardaş Türkiyə dövləti həm ölkə ərazisində, həm də Suriya və İraqla sərhəd ərazilərdə fəal anti-terror əməliyyatlarına başlayıb.
20 iyulda Şanlıurfa vilayətinin Suruc bölgəsində İŞİD-in 30-dan çox insanın ölümünə, 100-ə yaxının xəsarət alması ilə nəticələn terror hadisəsindən sonra hərəkətə keçən güvənlik gücləri fövqəladə rejimdə çalışırlar.
Diyarbəkirdən qalxan hərbi təyyarələr İŞİD və PKK-nın düşərgələrinə və hədəflərinə zərbələr endirməkdədir. İki gün öncə Ankaranın tələbi ilə NATO təcili topalanaraq Türkiyənin anti-terror əməliyyatını müzakirə edib və açıq dəstəyini bildirib.
Qardaş ölkənin başlatdığı antiterror əməliyyatı və hadisələrin bundan sonrakı inkişafı barədə AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov Mia.az-a qısa olaraq belə şərh edib:
"Türkiyənin Yaxın Şərqdəki idarəolunan xaosa və silahlı münaqişələr cəlb edilməsi gözlənilən idi. ABŞ-in, Qərbin və İsrailin əsil məqsdələri İŞİD və PKK və digər terrorçu qruplaşmaları yaratmaqla İran və Türkiyəni də bu sonu görünməyən atəşin içinə atmaq idi. Əl-Kaidə, Taliban, PKK, ASALA, İŞİD, PYD, PJAK və s. adlarını sadalaya bilmədiyimiz bu qanlı terror təşkilatlarını yaradan da, onu maliyyələşdirən, silah-sursatla təmin edən və təlimatlandıran da ABŞ və Qərbdir.
Bu gerçəyi hər kəs bilir. Orta doğunun qaynar qazana və silah anbarına çevrilməsi təkcə əsrlərlə sürən mədəniyyətlər, dinlərarası mübarizənin davamı deyil, həm də böyük maliyyə, iqtisadi və geosiyasi mahiyyətindən qaynaqlanır. Dünyanın istismar və ehtiyatda olan olunan və karbohidrogen yataqlarının təxminən üçdə ikisi bu regionun ərazisində yerləşir. Karbohidrogen isə bildiyiniz kimi iqtisadiyyatın şah damarıdır. Deməli, qlobal dünya iqtisadiyyatının şah damarı Yaxın Şərqdədir. Bu regionda güclü və böyük dövlətin, yaxud dövlətlərin olması iri neft istehlakçılarının ABŞ və Qərbin işinə yaramır. Çünki belə halda həmin dövlətlərə alternativlər və yeni beynəlxalq güclər, aktorlar yaranır.
Bu isə dünya düzənini istədikləri kimi cızan beynəlxalq güclərə maneədir. Ona görə də İraqın, Suriyanın məhvindən sonra növbənin Türkiyə və İrana çatacağı projelərdə yer alırdı. ABŞ və Qərb Türkiyəyə "erməni soyqrımı” ilə siyasi, PKK faktoru vasitəsi ilə də silahlı, zorakı basqılar edərək, istəklərini gerçəkləşdirməyə çalışırdı. Tehran isə uzun illər nüvə proqramının bədəlini sanksiyalarla ödəyirdi. Rusiya-ABŞ-Qərb qarşıdurması Brüsseli və Vaşinqtonu məcbur etdi ki, İranla bağlı mövqələrini bir qədər yumşaltsın. Bu yumşaltmanın arxasında əsl nələrin durduğu bir qədər keçəndən sonra aydınlaşacaq.
Türkiyənin sürətlə dünya və regional siyasətdə, İslam coğrafiyasında artan rolu, bəzi hallarda Qərbə meydan oxuması, həmçinin Batıya deyil, Doğuya üz tutması, Rusiya ilə hərtərəfli əlaqələrini genişləndirmə niyyətini ortaya qoyması ABŞ və Qərbi narahat buraxmaya bilməzdi. Üstəlik də, ABŞ-ın ərköyün dostu İsraillə soyuq münasibətlər Ankaranın orbitindən çıxması anlamı verirdi.
ABŞ və Qərbin İŞİD-i yaratmaqda hədəfi, əslində, Suriya və İraq deyil, Türkiyə və İrandır. Ankara təhlükəni hiss edirdi və bilirdi ki, nə qədər məsafə saxlamağa çalışsa da İŞİD Türkiyə ilə gec-tez konfliktə girəcək. İŞİD-i Qərblə bağlayan təkcə siyasi maraqlar deyil, həm də ticari maraqlardır. Terrorçuların nəzarətində olan neft və qaz bazara dəyər-dəyməzinə çıxarılır, üstəlik də həmin pullar silahlanmaya xərclənir. Yəni Qərb sağ cibindən çıxardığı pulu artıqlaması ilə sol cibinə qoyur. Həm ucuz neft alır, həm də istehsal etdiyi silahlarını minnətlə satır.
Siz təsəvvür edin Stokholm Beynəlxalq Sülhü Araşdırma İnstitutunun hazırladığı hesabata görə, leqal silah satışından istehsalçılar ildə 400 milyard dollar gəlir götürüb ki, bunun da üçdə ikisi ABŞ şirkət və koorporasiyalarının payına düşür. Fransa, İngiltərə, Almaniya və Rusiya da müvafiq olaraq öncül yerlər tuturlar. Həmin silahların da böyük qismindən Mərkəzi və Şimali Afrika, Yaxın və Orta Şərq, Pakistan, Əfqanıstan da daxil planetin bu kimi qaynar güşələrində istifadə olunur. Belə demək mümkünsə, demokratiyanın beşiyi sayılan ABŞ və Qərb heç də demokratiyanın deyil, ölümün, qətllərin, zorakılıqların rəvac verdiyi, vahim ölkələrdir.
Siz diqqət yetirin qardaş dövlətin tələbi ilə çağırılan NATO-nun təcili toplantısında real təhlükə ilə üzləşən Türkiyəyə əməli kömək, yaxud da real dəstək ifadə olunmur, sadəcə bəyanat şəklində toxtaqlıq verilir. Digər tərəfdən Ankaraya "PKK ilə işin olmasın" xəbərdardarlığı edilir. Hətta, İngiltərənin çoxtirajli qəzetlərindən olan Financial Times-in iddialarına görə, ABŞ, Fransa, Almaniya və İngiltərə NATO toplantısında PKK-ya yönəlik əməliyyatların kısıtlanması istənilib və kürd terrorçuları ilə anlaşmaya çağırıb".
Əli Oruclu deyir ki, terroru bəşəriyyətə təhlükə sayan BMT-nin Türkiyənin antiterror əməliyyatlarına münasibətı də təəccüblüdür:
"Təşkilatın Baş Katibi Pan Gi Mun Ankaranı terrorçularla barışmağa, sülh razılaşası əldə etməyə səsləyib. Bu dünyada sülhün və təhlükəsizliyin qarantı olma funkisiyasını üzərinə götürən dünyanın 1 saylı beynəlxalq təşkilatının rəhbərinin indiyədək beynəlxaql hüquq normalarına və prinsiblərinə göstərdiyi ən pis müasibətdir. Terrorçuları növlərə bölmək, bu azmış kimi onu bəsləmək müdafiə etmək BMT-nin hansı rəzil duruma düşdüyünün bariz nümunəsi sayıla bilər.
İndi sual doğuran əsas məqamlardan biri də Ankaranın terrorizmə qarşı başlatdığı mübarizdə vaxt seçimidir. Bu suala cavabını həm Türkiyədə, həm də onun sınırlarından kənarda təhlilçilər və jurnalistlər axtarmağa çalışırlar. Məntiqli görünür, regiondakı indiki çox həssas məqamda, hökumətsiz bir vaxtda nədən Ərdoğan belə addım atmaqla Türkiyəni kritik bir dönəmə soxdu?
İŞİD Türkiyə ilə sərhəd olmuşdu. PKK isə Ərdoğanın "kürt açılımı”, "demokratik sürəç” və "sıfır nöqtəsi” kimi projelərdən, həmçinin "Ergenekon” və "Balyoz” davaları ilə hərbçilərin kütləvi həbslərindən, ordunun gücünün zəifləndirilməsindən sui-istifadə edib Türkiyənin Doğusunda geniş bir coğrafi ərazidə möhkəmlənmişdi. Paralel olaraq iqtidarın buraxdığı səhvlər kürd separatizmini daha da coşdurmuş, eyforeya yaratmışdı. Həmin ərazilərdə Türkiyənin suverenliyi faktiki olaraq təhlükə altına düşmüş, nəzarət günü–gündən terroristlərin və separatçıların ixtiyarına keçirdi. Kürdlərin HDP-sinin 10 fazilik baryeri aşaraq Türkiyə BMM-də 80 yerə sahib çıxmasının əsas səbəblərindən biri də bu idi. Türk iqtidarı hər dəfə güzəştə gedərkən separatçıların və terrorçuların yeni şərtləri, yeni tələbləri ortaya çıxırdı.
Son parlament seçkilərindən sonra Ərdoğan anladı ki, kürdlər daha ona səs verməyəcəklər, apardığı səhv siyasət separatizmi gücləndirib, partiyası və dövlət hakimiyyət orqanlarına təsirini və nəzarəti itirməkdədir. İndi xüsusən özünün hakimiyyətinə ciddi təhlükə yaranıb. Cəmiyyətin Türk Ordusununn əvvəlki güc və mövqeyinin özünə qaytarılması sifarişləri onu hərəkətə keçirməyə vadar etdi. Qərb də artıq Ərdoğanı dəstəkləmirdi. Onun prezident üsul-idarəli Türkiyə planları isə xülyaya çevrilməkdə idi. Böhran və problemlərdən çıxış yolunun ən optimal yolu isə hamının planlarını pozmaq idi ki, bunu da Ərdoğan etdi. Buna rəğmən, real təhlükəni önləmək təqdirəlayiqdir.
Bundan sonra ABŞ və Qərbli müttəfiqləri çalışacaqlar ki, Türkiyəni iç savaşa, qarışıqlıqlara aparsınlar. Daxildə qorxu, vahimə və panika yaratsınlar. Dövlətin iqtisadi və siyasi dayaqlarını zədələsinlər. Bir sözlə, gərginliyi artırsınlar, PKK və İŞİD-in çarpaz atəşi altında saxlasınlar. Onsuz da ABŞ-ın Türkiyəni tam ram etmək və sözəbaxan bir dövlətə çevirmək üçün Ortadoğunu siyasi coğrafiyasi çoxdan cızılmışdı və həmin coğrafiyada İraqın, Suriyanın və Türkiyənin əraziləri hesabına marianet Kürdüstan dövlətinin yaradılması nəzərdə tutulmuşdu. Belə bir dövlətin yaradılması isə Ərəb dünyası da daxil olmaqla Fars körfəzi dövlətlərini, xüsusən də, İranı və Türkiyəni daim narahatlıqda saxladılması üçün lazımdır. İŞİD ötəri rol oynayır. Müəyyən müddətdən sonra bu qorxunc terror təşkilatının təyinatı da, təlimatı da dəyişdiriləcək. Bəli, oyun kürdlərin üzərində qurulub".
Əli Orucov deyir ki, kürd təhlükəsi təkcə Türkiyə üçün aktual deyil:
"Ona görə də qurulan bu ssenarinı və qurulan oyunları pozmaq üçün Türkiyə İran və Ərəb dünyası ilə birgə çalışmalı, kommunikativ hərəkət etməlidir. Əlalxüsus bu mübarizədə Türkiyə İranla əgər anlaşa bilərlərsə effektiv nəticə ala bilinər. Eyni zamanda, Rusiyanı da əməkdaşlığa cəlb etmək və dəstək almağın faydalı olacağı düşüncəsindəyəm. Türkiyə NATO üzvü olsa da, ABŞ-ın müttəfiqi sayılsa da, Vaşinqtonun və Brüsselin Orta Doğu siyasətində və layihələrində müttəfiq olaraq yer almır...".