Vətən duyğusu

Ad gününüz həm də Müstəqil Azərbaycan üçün mübarək Etibar bəy!

Ruhumu qələmə ala biləydim,

Duyğumu, dərkimi yaza biləydim,

Öz-özümün şəklin çəkəydim,

Sözüm də, şəklim də Vətən olardı.

İçində bütöv Azərbaycan xəritəsi olan oğulların birliyinə çox böyük ehtiyac var. İçində Vətən xəritəsi olan vətəndaşların Vətən duyğusu ölməzdir. Vətən duyğusu olanın milli ideologiyası hazırdır. Onun milli ideologiyası vətəninin daimi Müstəqil Dövlətinin olmasındadır. Müstəqil Dövlətçiliyimiz tarixin ən böyük terrorist siyasi təşkilatı olan bolşeviklərin yaratdığı kommunist partiyası tərəfindən 70 il işğal olundu. Bu deyim tələbəlik illərindən içində Azərbaycan xəritəsi, bayrağıı olan Etibar Məmmədova məxsusdur. Amma nə olursa olsun heç zaman ər oğulların içindəki müstəqil Azərbaycan duyğusu , olumu silinmədi. Bu yolda tanıdıqlarımız və bilmədiklərimizdən olan minlərlə can fədailərimiz min cür əziyyət çəkdilər, şəhid oldular. Onların bir fikri oldu Vətən sağ olsun –Azərbaycan müstəqil olsun. Müasir dünyada faktiki III dünya müharibəsi getdiyi bir vaxtda Müstəqilliyimiz yenədə öndədir. İndiki müharibə hamı bilir ki, çox şaxəli üsullarla aparılır və istədikləri ölkəni ən əvvəl zəiflədirlər, sonra isə-hazırdır.

Fərq qoymadan bu gün həqiqətən bir-birimizə ehtiyacımız var.

İstənilən vəzifə insan üçün yekunda fərdi mənada boş şeydir. Amma həmin vəzifələr dövlətimizi qorumaq, inkişaf etdirmək və daimi müstəqil olmaq üçün vasitələrdir. Çünki, bizlər gəlib gedənik, Vətən-müstəqil Dövlətçiliyimiz əsasdır. O, qalmalıdır. "Kimlər gəldi, kimlər getdi bu dünyadan" yəni bizlərdə onlardan biri.

Özünü Vətənin və vətəndaşlarımızın xidmətçiləri sayanlar və bu yolda çalışanlar müasir Azərbaycan tarixini yazırlar.

Əgər hörmətli dövlət başçımız bu fikri ortaya atıbsa , artıq bu milli ideologiyanın ən əsas aparıcı istiqamətlərindən hesab olunmalıdır. Prezidentin son Türkiyə səfərinin içində də bir Azərbaycan xəritəsi, bayrağı var idi.

Bir-birimizə inanaq, inkişafımıza , yaradıcılığımıza , təbii insan kimi yaşamağımıza səbəb olanlardan olaq. İnsana, Vətənə hörmət Allah yoludur.

Aydın Əliyev

Tibb üzrə fəlsəfə doktoru , dosent