"Mən bir Azərbaycan vətəndaşı olaraq ölkəmizin adının və imicinin bu tərzdə hallandırılmasını istəməzdim. Azərbaycanın beynəlxalq aləmdən tədric edilməsini heç istəmərəm. Lakin nə yazıqlar ki, bəzi məmurlar anlamırlar ki, onların neqtiv fəaliyyəti təkcə təmsil olunduqları komandaya, hakimiyyətə deyil, Azərbaycan dövlət başçısına, dövlətinə zərbə vurur”. Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucovun ABŞ Konqresinə Azərbaycan məmurlarına sanksiyaların tətbiqiilə bağlı layihənin çıxarılmasına münsibət bildirərkən deyib.
AMİP yetkilisi daha sonra vurğulayıb; "Mən burada hansısa qərəz görmürəm. Bu Azərbaycandakı mövcud reallığın qiymətləndirilməsidir. Xəbərdarlıq edilir ki, belə davam etmək olmaz, daha göz yumulmayacaq. Dünyada geopolitik düzən dəyişib ona gorə də Azərbaycana münsibət də dəyişib
Ümid edirəm ki, cənab prezident işinin ödəsindən gələ bilməyən, şəxsi maraqlarını güdən, səhlənkarlıq edən, qanunları tanımayan məmurların bundan sonra da dövlət orqanlarından təmizlənməsi prosesini davam etdirəcək O zamanda nə ABŞ, nə də hansısa ölkədə, yaxud da beynəlxalq təşkilatlarda belə sənədlər müzakirəyə çıxmayacaq”