Yol mədəniyyətdir, amma onu yolsuzlara verəndə...

Azərbaycan xalqı olaraq möhtəşəm qələbəmizi qeyd edirik. Dövlət orqanlarının bütün strukturları gücləndirilmiş şəraitdə işləməkdədirlər. Bu stukturlardan biri də "AzərAvtoyol” Dövlət Agentliyi və onun yerli sturkturlarıdır. Məlumdur ki, Azərbaycan Respublikasında avtomobil yollarının lahiyələndirilməsi, tikilməsi, istifadəsi, qorunması, inkişaf etdirilməsi, yol təsərüffatının idarə edilməsi bu struktura həvalə edilmişdir. "Azəravtayol”un yerlərdə olan strukturları bu işlərin yerinə yetirilməsi üçün yaradılmış və ərazi avtomobil yollarının bütün təmiri, baxımı bu orqanlara həvalə edilmişdir. "Yol Mədəniyyətdir” deyən mərhum prezident Heydər Əliyev avtomobil yollarının çəkilməsinə, yenidən qurulmasına hər zaman önəm vermiş, Azərbaycana rəhbərlik etdiyi bütün dövlərdə həyata keçirilən işləri daim nəzarətdə saxlamışdır. Siyasəti devr alan və uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin də bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində güclü, müasir, standartlara cavab verən yol infrastrukturu qurulmuşdur və bu proses davam etməkdədir. Ölkədə istifadə olunan yollar respublika və yerli əhəmiyyətli olmaqla sahələrə ayrılır ki, bu da aidiyyatı üzrə yerli yol istismar MMC-ləri tərəfindən nəzarət olunur və həmin MMC-lər yerli yolların təmirinə, abadlığına bilavasitə məsuliyyət daşıyırlar. Şəxsən bu sahə Cənab Prezident İlham Əliyevin birbaşa nəzarətində olmasına baxmayaraq aidiyyatı bir yerli strukturlar olan yol istismar MMC-lər öz işlərini günün tələbləri doğrusunda qura bilməməkdədirlər.

Belə ki, mövcud nöqsanlar barəsində yazılmasına baxmayaraq belə idarələrdən biri də "10 saylı Yol istismar” MMC-dir. Bu idarənin direktoru Mübariz Paşayevdir. Hansı ki, Prezident tərəfindən "Tərəqqi” medalı ilə təltif edilməsinə baxmayaraq, öz işinə tam məsuliyyyət ilə yanaşa bilməməkdədir. Qaradağ rayonu tərkibində olan kənd və qəsəbələrdə yolların bərbad vəziyyətdə olması, Lökbatan, Korgöz, Sahil, Qobustan qəsəbələrində qəsəbədaxili ara yolların daha da pis vəziyyətə düşməsi, yağışdan sonra sakinlərin hansı əziyyəti çəkməsi göz qabağındadır. Hörmətli direktor Mübariz Paşayevi ara-sıra da bu yollara baş çəkməyə dəvət edirik. Qəsəbə sakinlərinin xahişini və hansısa dəyişikliklərin olub-olmamasıni yerində yoxlamaq üçün əməkdaşımız həmin ərazidə olmuş və yerli sakinlərlə söhbət etmişdir. Sakinlərin sözlərinə görə nə "Azəravtoyol” Dövlət Agetıiyində, nə də ki, "10 sayli Yol istismar”MMC tərəfindən baxış keçirilməmiş, heç bir tədbir görülməmişdir. Biz sakinlərin haqlı iradını və şikayətini aidiyyatı üzrə "Azəravtoyol” rəhbərliyinin diqqətinə çatdırmaq üçün bu quruma müvafiq sorğu ilə müraciət etməyimizə baxmayaraq, adətləri üzrə cavab verməyi özlərinə yaraşdırmamışlar. Ümid edirik ki, bu qurumun gözü və səsi olan mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin məsəsləyə münasibətini öyrənə biləcəyik. "10 saylı Yol istismar” MMC-nin rəhbərliyi haqqında bizə daxil olan məlumatları hörmətli oxucularımızın diqqətinə çatdırmağa davam edəcəyik. Bəlkə o zaman qurumlar öz susqunluqlarına son qoya və adiyyatı sorğulara cavab verə bildilər. "10 saylı Yol istismar” MMC-də olan yeyintilər barəsində daha öncə oxucularımızı məlumatlandırmışdıq. Qeyd edilmişdir ki, keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun kadrı olan və "Azəravtoyol” Dövlət Agetıiyində olan korrupsiya ittihamlarına görə yeni sədr Saleh Məmmədov tərəfindən vəzifəsindən uzaqlaşdırılan Vidadi Baxşaliyevin köməyi ilə yaxın dostu və "10 saylı Yol istismar” MMC-də direktor olan Mübariz Paşayev Vidadi Baxşəliyevin baldızı baş mühasib Quliyeva Afətin iş birliyinə korrupsiya faktlarını, dövlətin milyyonlarını hansı qaydada mənimsəyirlər. Mübariz Paşayev və Afət Quliyevanın "Azəravtoyol” Dövlət Agentliyində himayədarlarından birincisi Agentliyinin baş iqtisadçısı və Saleh Məmmədovun iqtisadi məsələlər üzrə köməkçisi olduğu deyilən Xatibə Əmirovadır. Bu xanım Quliyeva Afət ilə çox yaxın dostluq münasibətində olmaqla, həm də "10 saylı Yol istismar” MMC-ni rəhbərliyini himayə edir. Mənbənin bizə verdiyi məlumata görə Quliyeva Afət yeni "Jeep” markalı maşınını alanda Xatibə Əmirova ona 10.000AZN (on min manat) pulu hədiyyə kimi vermişdir. Mənbənin bizə verdiyi məlumata görə, 2019-cu ilin sonunda və "10 saylı Yol istismar” MMC-yə dövlət tərəfindən ayrılmış olan 1.000.000Azn (bir milyon manat) pulun təyinatı üzrə xərclənmədiyi Əmirova Xatibənin iştirakı və himayədarlığı ilə həmin pulun 100.000AZN (yüz min manatı) Quliyeva Afətin baş mexanik "Mexanika şöbəsi”nin rəisi İsmixanın və Mübariz Paşayevin yaxın qohumu olan Elimdarın iştiraki ilə mənimsənilmişdir. Sonrada deyirlər ki, "Qaradağ rayonunda olan qəsəbədaxili yollar niyə düzəlmir?” Yolların düzəldilməsi üçün bu şəxslərin işdən uzaqlaşdırılması lazımdır. Həmin mənimsəmələr nəticəsində baş mühasib Quliyeva Afətin almış olduğu mülklərin ünvanları bizə məlumdur. Etik səbəbdən yazmırıq. Xanımın Pirşağıda olan villasının şəkilləri və ünvanı da bizə təqdim edilmişdir.

Bizdə olan məlumata görə ayrılan vəsaitin 40% görüləcək işlərə, 30% isə bütün səlahiyyətləri əlində cəmləşdirən və Mübariz Paşayevin icazəsi ilə onun möhürü və icazəsini özündə gəzdirən baş mühasib Quliyeva Afət və başqaları tərəfindən mənimsənilir. Bu idarəyə təəsərüffat xərci olaraq hər il pul ayrılmasına baxmayaraq və dəftərxana ləvazimatları alınması üçün nəzərdə tutulmasına baxmayaraq yüz minlərlə vəsait yenə eyni qaydada silinirək mənimsənilir və şəxsi ciblərə gedir. 2020-ci ilə aid olan yeni faktları mənimsəmələri oxucularımıza təqdim edəcəyik. Bunlar bəs etmirmiş kimi avtomobil texnikasına ayrılan yanacaq və yağ materialları üçün küllü miqdarda vəsaitlər idarə rəhbərliyində təmsil olunan şəxslərə aid olan yük daşıyan və boşaldan maşınlara saxta müqavilərər bağlanaraq silinir. Bu vəsaitlər hesabına başda Mübariz Paşayev və Quliyeva Afət olmaqla dövlətin milyonları mənimsənilməkdə və silinməkdə davam edir. Quliyeva Afətin pandemiya dövründə Azərbaycanın istirahət mərkəzlərində istirahəti üçün xərclədiyi pulların mənbəyi yenə bu mənimsəmələr sayəsindədir. İstirahətindən qalmayan xanımın özünə və ailə üzvlərinə xərclədiyi vəsaitlər 10.000AZN (on min manat)larla ölçülür. Xanımın Xızı "Altıağac Cənnət Bağı”nda ,Şamaxıda ,Qusarda,Qaxda, İsmayıllıda, Ailəvi İstirahət mərkəzlərində istirahəti seçməsi və sevməsi hər kəsə məlumdur. Afət Quliyeva əvvəllər Türkiyədə tez-tez istirahəti seçirdi. "10 saylı Yol istismar” MMC-də baş verənlərlə bağlı məlumatlar ictimayiləşəndən sonra adı işdə olub, özü işə gəlməyən və Quliyeva Afət tərəfindən maaş kartları vasitəasi ilə əmək haqqları mənimsənilən işçilərin bir hissəsi tez-tələsik də "10 saylı Yol istismar” MMC-dən işdən azad edilm işlər. Bunu həmin tarixdə Dövlət Reesterinə baxmaqla işdən azad edilənlərin siyahısından da bilmək olar. İşə qəbul olanların sənədləşdirilməsində də qeyri-qanuni hallar mövcuddur. Belə ki, işə qəbul sənədləri toplanmadan və ərizələri saxta imza ilə yazılaraq Quliyeva Afət və onun bacısı oğlu kadrlar şöbə rəisi olan İsbiyev Fərid tərəfindən qanunsuz olaraq icaze.egov.az saytında portala salınması üçün istənilən zaman işə adam götürülərək qanun pozuntularına yol verilmişdir.

Bu adamlari bu qədər harınladan nədir?

Ramiz Mehdiyevin kadrı olan və hal-hazırda Elmlər Akademiyasında işləyən Vidadi Baxşəliyeva arxalanaraq bu qədər tamahkarlıq etmək olmaz! Hansı ki, dövlət tərəfindən ayrılan vəsaitlər onlar tərəfindən təyinatı üzrə xərclənsə idi, nə yollarımız bərbad olardı, nə də ki, dövlət büdcəmiz talanmazdı. Sadəcə Saleh Məmmədov tərəfindən qovulan Vidadi Baxşəliyevin vaxtı ilə taxtı biznesinə 700.000Azn (yeddi yüz min manat) pul qoyması, Şamaxıda villalar, Bilgəhdə böyük bağ evi, Bakıxanov qəsəbəsi Milyonçular məhəlləsində iki böyük villası, bina veləri və şəhərin müxtəlif yerlərində mülkləri vardır. Korrupsiyadan mənimsədiyi pulları ancaq daşınmaz əmlaka yatıran bu adam indi də Mübariz Paşayev və "AzərAvtoyol” dövlət agentliyində işləyən vəzifəli dostlarına arxayın olaraq, sədr Saleh Məmmədovun xəbəri olmadan öz baldızları Quliyeva Afət və Quliyeva Adilə və diger qohumlarını himayə edir. Mənbənin verdiyi məlumata görə, Mübariz Paşayev tərəfindən aşağıdakı şəxlərə hər ay əlavə paketlər də verilir:

Baş mühasib – Quliyeva Afət 1500AZN (min beş yüz manat)

Baş mexanik – İsmixan 1000AZN (min manat)

Kadrlar şöbəsinin rəisi – İsbiyev Fərid 700AZN (yeddi yüz manat)

Baş iqtisadçı – Elimdar 1000AZN (min manat)

Aidiyyatı üzrə vəsaitlərin 20%-i Mübariz Paşayev tərəfindən mənimsənilir. Baş mühasib Quliyeva Afət, baş mexanik İsmixan, baş iqtisadçı Elimdar və hal-hazırda rəhmətə getmiş "Asfalt Zavod”un direktoru olmuş Bəkir Abbasov ilə əlbir diektor Mmübariz Paşayevin məlumatı və xəbəri olmadan, ondan gizlin olaraq müəssisənin vəsaitlərini mənimsəmişlər. Quliyeva Afət və himayədarları idarədə avtotəmir və ehtiyyat avtomobil hissələrinin alınması adı ilə köhnə ehtiyyat hissələrini təzə adı ilə aktlaşdırıb,ayrılan vəsaitləri mənimsəmişlər və hal-hazırda da mənimsəməkdədirlər. Quliyeva Afət və Vidadi Baxşəliyevin o biri baldızının oğlu olan kadrlar şöbə rəisi İsbiyev Fərid tərəfindən işə qanunsuz və sənədsiz götürülən işçilər üç-beş ay zaman kəsiyində işə götürülərək maaş kartları vasitəsi ilə maaşları mənimsənilir. İzi itirmək üçün işçi işdən üç-beş ay sonra azad olunur və yenisi ilə əvəzlənir.

Nə qədər ki "AzərAvtoyol” dövlət agentliyi rəhbərliyi, başda sədr Saleh Məmmədov olmaqla bu cür mövzularda öz susqlunluğunu qoruyur, demek ki, bu mövzuya yenə qayıdacayıq. Bu xəmir çox su aparacağına görə növbəti yazılarımızı gözləyin...!

Adları sadalanan şəxslərin mövqeyini dərc etməyə hazırıq

 

 

Millet