Yunanıstanın avrozonada qalıb-qalmaması məsələsinin həll olunmasına saatlar qaldığı bir vaxtda bu ölkənin energetika və təbii ehtiyatlar naziri Panayiotis Lafazanis Rusiya ilə 2 milyard dollarlıq enerji razılaşması planını açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, "The Financial Times” qəzeti Lafazanisə istinadən ildə 47 milyard kubmetr Rusiya qazının nəqlini nəzərdə tutan Cənubi Avropa Qaz Kəməri layihəsinin razılaşdırıldığını yazıb.
Lafazanis bildirib ki, Afina və Moskva "Qazprom”un 2018-ci ildən etibarən Avropaya ildə 47 milyard kubmetr qaz nəqlini nəzərdə tutan kəmər layihəsinə dair danışıqlar aparır. Nazir bu layihənin Yunanıstanda 20 min yeni iş yeri açacağını bildirib.
Lafazanisin bildirdiyinə görə, Yunanıstan Avropa İttifaqı ilə borc məsələsində anlaşma əldə etməyə çalışır, lakin Afina öz yolundan dönməyəcək.
"Biz kiminsə girovu deyilik. Yunan xalqı referendumda "yox” deyib, deməli, biz təhqiramiz "hə” cavabını verə bilmərik”- Lafazanis deyib.
Yunan nazir əlavə edib ki, Rusiya ilə enerji sövdələşməsi Afinanın çoxvektorlu xarici siyasətinin nəticəsidir.
Lafazanis Azərbaycandan Avropaya ildə 10 milyard kubmetr qaz nəqli üçün nəzərdə tutulan TAP kəməri layihəsini də dəstəklədiklərini deyib. Lakin dərhal da qeyd edib ki, TAP layihəsinə dair konkret tələbləri var. Bura kəmərin keçdiyi ərazilərdə fermerlərə kompensasiyaların verilməsi və yerli icmalara kəmərdən daha çox mənfəət götürmək imkanları da daxildir.
"Biz ümid edirik ki, TAP rəhbərliyi bizim tələblərimizə reaksiya verəcək”- deyə yunan nazir bildirib.
Virtualaz.org