Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anna Brasser 
son günlər Ermənistanda baş verən hadisələrdən dərin narahatlığını 
bildirib.
ANS PRESS-in məlumatına görə, o, 
verdiyi açıqlamada bildirib ki, Ermənistanda etiraz edənlərə qarşı sərt 
davranış yolverilməzdir və bu, hərəkətlər narahatlıq doğurur.
A.Brasser
 deyib: "Mən İrəvanda baş verənlərdən çox narahatam. Mən hadisələr 
barədə bütün informasiyanı KİV-lərdən alıram. Bütün tərəfləri sakitliyə 
çağırıram. Bir daha xatırladıram ki, bütün hərəkətlər Avropa Şurasının 
standartlarına ciddi şəkildə uyğun olmalıdır".
AŞPA
 sədri Ermənistandakı nümayəndəsi ilə söhbət etmək imkanı olduğunu, 
İrəvanda insan azadlıqlarının pozulması ilə bağlı məlumat aldığını 
söyləyib və bunun gələcəkdə Ermənistanın AŞPA-da qalıb-qalmayacağına 
təsir edəcəyini diqqətə çatdırıb.
Xatırladaq, 
İrəvanın mərkəzi Bağramyan prospektində vətəndaşların oturaq piketi 
davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı "Soyğuna
 Yox", "Talan yox" deyirlər. Etirazçılar vurğulayırlar ki, iyunun 19-da 
başlamış aksiya sosial xarakter daşıyır.
Daha 
əvvəl, iyunun 23-də saat 05:30-da nümayişçilərə su və yanğın 
maşınlarından, dəyənəklərdən istifadə edərək güc tətbiq edib, xüsusi 
əməliyyat keçirib. Polis bölmələrinə ümumilikdə 237 insan, o cümlədən 
jurnalist gətirilib. Onlardan 25 nəfəri tibbi yardıma görə müraciət 
edib. 
                     
                             
                     
                         
                         
                         
                         
                        