Əhali mağazaların qiymətləri artırması ilə bağlı şikayət edir
Bakıda manatın dollara nisbətən 35 faiz dəyərini itirməsi nəticəsində bir çox dükan və mağazalarda məhsulların qiyməti kəllə-çarxa qalxıb. ANS PRESS-in "qaynar xətti”nə gələn şikayətlərdə bildirilir ki, bir çox supermarketlərdə ərzağın qiyməti hiss olunacaq dərəcədə artıb.
Əsas artım siqaret, qənd, şəkər tozu, çay, uşaq qidaları və s. kimi gündəlik tələb olunan məhsullarda müşahidə edilir.
Şikayətlərdən bəziləri kiçik marketlərlə yanaşı, supermarketlərdən də edilir. "Favorit”, Bakıxanov qəsəbəsində"Sərham”, Əmircan əsəbəsində "Ballı market”, Binəqədidə "Anar”, Sabunçudə "Bolluq”, marketlərdə şikayətlər edilib. Bundan başqa, Biləcəridə də bəzi mağazalarda artım müşahidə edilir.
Müqayisə üçün deyək ki, əgər toyuq ətinin qiyməti artımadək 2,70 qəpik idisə, dünəndən başlayaraq 3,90 manata qalxıb. Siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik artım olub. Bazarda yaranan gərginliklə əlaqədar topdansatış məntəqələri bağlanıb.
Bazarlarda da vəziyyət daha acınacaqlı idi. ANS PRESS olaraq bir neçə bazarda olduq. "Yaşıl bazar”, 8-ci kilometr və Biləcəri bazarlarında qiymətlər kəllə-çarxa qalxıb. Bazarlarda 70 qəpiyə satılan kartof 1 manata, 40 qəpiyə satılan soğan isə 80-90 qəpiyə qalxmışdı. Alıcılar isə qiymətlərin qəfil qalxmasında çox narahat idilər.
Ekspertlər isə baş verənləri özbaşınalıq adlandırırlar. Millət vəkili, iqtisadçı Əli Məsimli mövzuyla bağlı ANS TV-nin "Hesabat” verilişində çıxış edərkən bu işə rəvac verənləri vicdansız adlandırıb.
"Azərbaycanda bir qrup vətənsiz var. Bu insanlar Azərbaycan xalqını qanını sorublar. O qan soranlar bu vəziyyətdən istifadə edib qiyməti qaldıracaqlar. Bu adamlar bundan sui-stifadə edəcəklər. Qiymətlər süni surətdə1% qalxanda Azərbaycan xalqının (170 milyon manat) cibinə girmək deməkdir. Kim onlara əsas və ixtiyar verir ki, heç nə olmadan, eyni zamanda bir manatlıq xariçdən mal gətirmədən, bir manatlıq məhsul istehsal etmədən, yalnız telefonla qiymətlər qalxsın deməklə 1% qalxmaqla 170 milyon manat Azərbaycan vətəndaşlarına ziyan vurulur. Hesab edirəm ki, bu adamlar mütəşəkkil cinayətkarlığ siyahısında qeydə alınmalı və belə addımlar olanda onlar Azərbaycan qanunlarına uyğun olaraq sərt bir şəkildə cəzalandırılmalıdır. İqtisadi İnkişaf Nazirliyi çox intensiv surətdə çalışmalıdı, monitorinqlər aparmalıdır, süni qiymət artımının qarşısın alamalıdır. Əgər qiymət artımının qarşısı alınsa, onda manatın kursunun dəyişməsi bir o qədərdə insanlara ziyan vurmayacaq. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, kiçik və orta biznesin inkişafına təsir göstərmək, manatla olan itkilərin indeksasiyası. Sözün həqiqi mənasında bir dollar 78 qəpik həddində qalmış olsaydı belə Mərkəzi Bank onsuzda bu həddi saxlaya bilməyəcəkdir. Və ilin axırına qədə yığdığı 13 milyard pulu itirəcəkdi. İtirilməyən 13 milyard dolların qənaət olunan qisminin bir hissəsini konpensasiya versin – ipotekanın şərtləri yumuşaldılmalıdır, xalq yollarının tikilməsi istiqamətində addımlar atılmalıdır”, - deyə Əli Məsimli bildirib.
Rəsmilər isə məsələyə diqqət yetirəcəklərini bildiriblər. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, artıq bazarlarda reydlərə başlanıb.
"Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları tərəfindən bazarlara nəzarət gücləndirib. İntensiv nəzarət tədbirləri həyata keçirilir. Məqsəd manatın məzənnəsinin dəyişməsilə bağlı istehlak bazarlarında süni qiymət artımının qarşısının alınmasıdır”, - deyə Abbas Əliyev bildirib.
Nazirlik rəsmisi deyir ki, sünni qiymət artımı ilə əlaqədar 195 saylı telefon nömrəsinə zəng vurub, 2 nömrəsini seçməklə şikayətləri bildirək olar. Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyinin 012 498 15 01 və 498 15 04 saylı nömrəyə şikayət edə bilərlər.