Belçika İŞİD-ə qoşulanların adambaşına düşən sayına görə Avropda liderdi

İŞİD tərəfində döyüşən Belçika əsilli cihadçılar Suriyada döyüşdükləri müddətdə dövlətdə sosial müavinət alırlarmış.

Avropa.info xəbər verir ki, jurnalistlər artıq Suriyada döyüşən İŞİD tərəfdarlarına 80 min avronun ödənməsi faktını üzə çıxarıblar. Pullar Suriyaya yol xərcinə sərf olunub. Ümumilikdə işsizliyə görə müavinə və tibbi sığorta alan ən az 85 belçikalının İŞİD-ə qoşulduğu bildirilir. Suriyada iştirakı şübhəli bilinən daha 130 nəfərin işi istintaq orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Belçika İŞİD-ə qoşulanların adambaşına düşən sayına görə Avropa ölkələrinə liderlik edir.