Ərəb liderindən ərəblərə çağırış

Ərəb hökumətlərinə bu məsələdə ən azından mövqe nümayiş etdirmələrini tövsiyə edirəm. Türkiyədən örnək götürün.

Axar.az xəbər verir ki, bu sözləri Tunisin keçmiş prezidenti Monsef Marzuki deyib.

"Bunu Türkiyədən gözləyirdik. Ərəb hökumətləri isə onlarla əməkdaşlıq etdiyi üçün susurlar”, - keçmiş dövlət başçısı bildirib.

Xatırladaq ki, Qəzza zolağında baş verən qanlı hadisələrdən sonra Türkiyə kəskin mövqe tutub və İsrail səfirini ölkədən qovub.