AMİP Siyasi Şurasının üzvü Əli Orucovun Moderator.az saytına müsahibəsinin ikinci hissəsini təqdim edirik.
Müsahibənin əvvəli bu linkdə:
http://www.moderator.az/news/256923.html?fbclid=IwAR2iYyAuSUxvI_9pV5WZ-sAyRYndrO9PjVagAQzORfTOAMADzHV_o7FChLg

yaxud :
http://millet.az/104632.html
- Prezident İlham Əliyev humanistlik göstərərək bir sıra addımlar atdı. O cümlədən bloqqer M.Hüseynova açılan yeni cinayət işinin icaatına xitam verildi, şəhid ailələrini qəbul etdi. Eyni zamanda onların problemlərinin həlli ilə bağlı fərmanlar və tapşırıqlar verdi. Müxalifət isə bu humanist addımları hakimiyyətin geriyə çəkilməsi kimi dəyərləndirdi.
- Əgər ölkə vətəndaşlarının haqq səsi eşidilirsə, onların problemlərinin həlli yönündə iş görülürsə, etirazlara, irad və təkliflərə diqqət yetirilirsə bunu geriyə çəkilmə kimi deyil, irəliyə, inkişafa doğru atılmış addım saymaq lazımdır. Gördünüz ki, sizin timsalınızda azad mətbuatın və açıq cəmiyyətlərin, siyasi institutların ölkənin inkişafı, eləcə də problemlərin həllində nə qədr faydası var. Bu həm də ictimai fəallığın, toplumun problemlərinin üzərinə inadkarcasına getməsinin əhəmiyyətini ortaya qoymuş oldu. Buna humanizm, istərsə də nə ad qoyurlarsa qoysunlar, fərq etməz, əsas olan odur ki, hamımızı narahat edən problemlərdən biri qismən də olsa öz həllini tapdı. Baxmayaraq bu humanistlik bütün digər siyasi məhbuslara şamil edilmədi, insan hüquq və azadlıqlarının qorunmasında çox ciddi nöqsanlar qalır, yaxud şəhid ailələrinə verilən icbari sosial sığortanın məbləğı azdır, qazilərimizə diqqət yetərincə ayrılmır və s. İnkarçılıq, basqı, saymamazlıq, zorakılıq, ört-basdır çıxış yolu deyil və durumu daha tündləşdirir Çox istərdim ki, problemlərin həlli istiqamətində az-çox həyata keçirilən tədbirlər qısa müddətli olmasın, iqtidarın hansısa planlarına, siyasi məqsədlərinə xidmət etməsin və davamı gəlsin. Kim necə düşnür düşünsün, mən bu cür düşünürəm.

Təəssüflər olsun ki, yerlərdən prezidentə bu addımlarına görə minnətdarlıq məktubları, çıxışları təşkil edərək, güya ona yaxşılıq etmək istəyirlər. Halbuki bunları etmək dövlətin və hökumətin vəzifəsi, borcudur. Bu borcu və vəzifəni insanların boynuna minnət kimi yükləmək cılızlıqdır və ziyanlı yanaşmadır. Bunlar olmamlıdır.
- Demək istəyirsiniz ki, prezidentin uğurlu fəaliyyətinə hakimiyyət daxilində kölgə salanlar, buna qarşı çıxanlar var?
- Bəli. Azərbaycan hakimiyyəti yekcins deyil. Vahid komanda da artıq yoxdur. Hakimiyyət daxilində iki-üç çox güclü qruplaşmalar var, hətta prezidentin işini, qərar və tapşırıqlarını sabotaj etmək gücündədir. Hakim elitadakı çat getdikcə daha da dərinləşməkdə, amansız mübarizə həddinə keçməkdədir. Mübarizə bütün sahələrdə iqtisadi, siyasi, maliyyə, kadr, hətta xarici, sahələrdə də özünü daha açıq şəkildə biruzə verməkdədir. Bayaq vurğuladığımız M.Hüseynov və şəhidlərin incidilməsi məsələsinə. Prezidentə qarşı belə ajiotaj yaratmaq də həmin qüvvələrin işi idi. Mən düşünmürəm ki, İ.Əliyev siyasi məhbus problemini həll etməyərək, özünü beynəlxalq və daxili ictimaiyyətin qınaq və təzyiqləri ilə üz-üzə qoymaqda maraqlı olsun. Real partiyasını sədri İlqar Məmmədov həbsdən buraxıldı, M.Hüseynov barəsində icraata başladılan cinayət işi ləğv olundu. Ölkənin siyası rəhbəri nə itirdi? Təbii ki, heç nə, əksinə qazandı. Eləcə də Əli İnsanov, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və digər siyasi məhbuslar da da buraxılsa yenə qazanan daha çox prezident olacaq. Həm xarici və daxili təzyiqlər yumşalacaq, həm imicinə müsbət təsir göstərəcək, həm ölkədə barışıq mühiti üçün imakanlar genişlənəcək, həm də ictimai-siyasi fəallıq artacaq, rəqbət və mübarizə sivil, normal məcraya düşəcək. Amma biriləri elə bir yol seçiblər ki, bütün əməlləri, işləri-gücləri qarşılıqlı nifrəti, kini-kidurəti qızışdırmaq, gərginliyi artırmaq, beləliklə də xalqla, millətlə hakimiyyət arasında barışmaz mühit yaratmaqdır. Prezineti bilərəkdən hədəfə çevirməkdədirlər. Bilirsiz niyə? Ona görə ki, həmin qüvvələr üçün davamlı sabitlik, inkişaf və aşkarlıq, hesabatlılıq, islahatlar qəbuledilməzdir. Onlar üçün qaranlıq mühitin qalması lazımdır ki, bayquşlar və gəmiricilər kimi ölkəni, milləti soyub dağıtsınlar, talan etsinlər. Açığı demək lazımdır ki, həmin qüvvələr cox ciddi müqavimət göstərməkdədirlər və həm də çox təhlükəlidirlər. Eyni zamanda tək deyillər, hərəsi bir xarici dövlətə, xarici gücə bağlıdır. Əgər prezident sərt xarakter göstərib, iradəsini ortaya qoyaraq bu qüvvəlləri zərərsizləşdirə bilməsə, hakimiyyət çox çətin günlər yaşamaq zorunda qalacaq.

Hesab edirəm ki, ölkə üzərində və prezidentə qurulan bu hörümçək torunu dağıtmaq, məhv etmək üçün sağlam qüvvələrin əməkdaşlığına, bir-birinə yardımına ciddi ehtiyac var. Belə qüvvələr müxalifətdə də var, hakimiyyət daxilində də. Bu qüvvələr bir-birinə etimad göstərib, inanmasa, əl uzatmasa Vətəni, dövləti tamamilə əldən verəcəyik.
- Əli bəy, belə bir iddia də səslədirilir ki, söyüş müxalifəti adlandırlan mühacir müxalifətini hakimiyyət daxilindəki dediyiniz həmin qüvvələr qızışdırır....
- Mənim bu barədə əlimdə tutarlı faktım və sübutlarım yoxdur. Ancaq mübarizə sivil və etik normalar çərçivəsində aparılmalıdır. Heç kəsin şəxsiyyətinə toxunmaq, heç kəsin şərəf və ləyaqətini alçatmaq olmaz. Bu bizim gənələklərimizə də ziddir. Bunula belə təhrikçiliyə də yol vermək olmaz. İnsanların heysiyyatı ilə oynamaq, mənəvi terrora məruz qoymaq əks nəticələr doğurur. Bəlkə də kimlərsə qəsdlə mübarizənin istiqamətini dəyişmək, fikri əsas problemlərdən yayındırmaq,yaxud da özünün önəmini birinci şəxs qarşısında daha da artırmaq üçün bu cür qeyri-məqbul üsullardan yararlansın. Qədim Çin filosofu Lao Tszın deyirdi ki, kim səni sinirləndirsə, o da səni idarə edər. Siyasətlə məşğul olanlar gərək təmkinini pozmasın, müvazinətini, soyuqqanlılığını itirməsin. Emosiyalarla, qəzblə, əsəblə siyasi mübarizə aparanlar sonda uduzan, məğlub olan tərəf olurlar. Müxalifətin isə qarşısında hakimiyyətini qorumaq üçün heç nədən çəkinməyən, bütün vasitələri məqbul sayan xaraktercə vahim bir iqtidar var. Bunu heç vaxt unutmamalıq. Lakin ən vahim rejimlər xalqın etirazları, millətin mübarizəsi qarşısında bir andaca çöküb. Dünyanın ən yeni tarixində belə nümunələr kifayət qədərdir.
- Müxalifət düşərgəsində bloklaşma və birliklə bağlı müəyyən addımlar atılır. Bir cinahda Milli Şura, digərində Azərbaycan Xalq Hərəkatı, Real Partiyası, Müsavat Partiyası... AMİP-in yeri hansı tərəfdə, hansı cinahdadır?
- AMİP elə öz cinahında və öz yerindədir. Yaranan müxalif qurumlara isə uğurlar diləyirəm.