İraqın Ənbar əyaləti İŞİD-dən təmizləndi

İraq ordusu Ənbar vilayətinin şimalındakı Cəzirətur Ramadi (Ramadi adası) bölgəsini tamamilə İŞİD-dən azad edib.

Axar.az xəbər verir ki, bu barədə Ənbar əməliyyatlarının komandanı general-mayor İsmayıl Mihlavi məlumat verib.

Onun sözlərinə görə, bölgədəki terror hədəflərinin məhv edilməsi üçün koalisiya təyyarələri havadan dəstək verib.

Əməliyyat zamanı onlarla İŞİD-çi öldürülüb.